
Alimlərdən ağlagəlməz proqnoz: Yerin fırlanması yavaşlayır, sutka 25 saat olacaq
Alimlərin proqnozlarına görə, Yerin fırlanma sürətinin tədricən azalması səbəbindən gələcəkdə sutkanın müddəti 25 saata qədər uzana bilər.
Alimlərin proqnozlarına görə, Yerin fırlanma sürətinin tədricən azalması səbəbindən gələcəkdə sutkanın müddəti 25 saata qədər uzana bilər.
Gundem.today xəbər verir ki, bu barədə "Mirror" nəşri xəbər yayıb.
Mütəxəssislər bildirirlər ki, planetimiz yavaşladıqca, Ayın orbiti sürətlənir və bu proses sutkanın müddətinin artmasına gətirib çıxarır. Qeyd olunur ki, 2000-ci ildən bəri bu proses daha da sürətlənib.
Sürətin bu şəkildə dəyişməsi Yerin və Ayın daimi qarşılıqlı cazibə qüvvəsi ilə bağlıdır. Mahiyyətcə Yerə "əyləc" effekti göstərən qüvvə, okeanlarda qabarma və çəkilmə hadisələrinə səbəb olan təsir qüvvəsi ilə eynidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıMisirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi
İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.
MaraqlıRusiya alimlərindən kəşf: Dolu yağmasının qarşısını almağın üsulu tapıldı
Rusiyalı alimlər dolu yağdıran buludlarla mübarizə üçün xüsusi raket hazırlayıblar.
MaraqlıAlimlər musiqi və nitqin fərqli beyin mexanizmləri tərəfindən idarə edildiyini sübut etdilər
Amsterdam Universitetinin tədqiqatçıları insanın musiqini duymaq bacarığının bioloji əsaslara söykəndiyini və körpələrdə doğulduqdan dərhal sonra müşahidə olunduğunu müəyyən ediblər.
MaraqlıKilsədən silah anbarına: Cəlilabaddakı XIX əsrə aid dini abidənin tarixi - FOTOREPORTAJ
XIX əsrdən etibarən rus ailələrinin Azərbaycana köçürülməsi ilə onlar ölkənin müxtəlif bölgələrində məskunlaşıb və bir sıra pravoslav kilsələrinin tikintisinə başlanılıb.