
Ərdoğan: "Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var"
"Avropa İttifaqının bu gün Türkiyəyə daha çox ehtiyacı var, nəinki Ankaranın Avropaya".
"Avropa İttifaqının bu gün Türkiyəyə daha çox ehtiyacı var, nəinki Ankaranın Avropaya".
Gundem.today-ın "TRT Haber"ə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.
"Son vaxtlar avropalıların Türkiyənin Avropadakı mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyətə aydınlıq gətirmək məcburiyyətindəyik: bu gün məsələ Ankaranın harada olması deyil, Brüsselin gələcək dünyada harada olmaq istəməsidir. Artıq başa düşülməlidir ki, Türkiyənin tamhüquqlu üzv olmadığı Aİ qlobal oyunçu və cazibə mərkəzi ola bilməyəcək", - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Aİ-nin Türkiyəyə münasibətdə uzağı görə bilməməsi hələ də davam edir.
"Lakin onlar unutmamalıdırlar ki, bugünkü Türkiyə əvvəlki ölkə deyil və dünya artıq əvvəllər olduğu kimi Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır", - deyə Ərdoğan əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Bitcoin"in qiyməti son üç ayın maksimumunu yenilədi
"Bitcoin"in dəyəri 79,5 min dollara yüksələrək son üç ayın maksimumunu yeniləyib.
DünyaAğ Ev Donald Trampı növbəti dəfə yeni obrazda təqdim etdi - FOTO
Ağ Ev ABŞ Prezidenti Donald Trampın məşhur "Ulduz müharibələri" filminin personajı obrazında fotosunu yayımlayıb.
DünyaABŞ İrana qarşı yenidən hücuma hazırlaşır?
ABŞ-yə məxsus azı altı yanacaqdolduran hərbi təyyarə hazırda Fars və Oman körfəzlərinin hava məkanında uçuşlar həyata keçirir.
DünyaÜrəyi qoruyan üç əsas qayda - Alman mütəxəssis açıqladı
"Yuxudan oyandıqdan dərhal sonra tətbiq edilən bir neçə sadə vərdiş ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər".