Son dəqiqə
Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilibZaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" - VİDEOAdriana Lima və Alessandra Ambrosio "Trendyol" ilə əməkdaşlığa başlayıb - FOTOAlmaniyada banka hücum: Girov götürülənlər var - FOTO"Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın "Məzun günü" keçirilib - FOTORəşad Sadıqov "Sabah"la final matçından danışdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları Bilgəhdə qızlara xərclədim"
Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları Bilgəhdə qızlara xərclədim"
Kriminal

Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları Bilgəhdə qızlara xərclədim"

Bu gün
14:28
0 baxış
Paylaş:

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.

Gundem.today "Teleqraf"a istinadla xəbər verir ki, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üçmərtəbəli evdən 19 min ABŞ dolları (32 300 manat) oğurlanıb.

Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib.

İş üzrə Etibar Məmmədovun oğlu Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb. Orxan Məmmədovun iş adamı olduğu deyilir.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

"Etibar babanın evində nəyin harada olduğunu yaxşı bilirdim"

Əli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, körpəlikdən Bilgəh qəsəbəsində Etibar Məmmədova məxsus evdə ata-anası ilə birgə yaşayır: "Atam Ramil bağ evində bağbanlıq, anam isə xadiməlik edib. Burada böyüdüyüm üçün Etibar babaya məxsus bağ evində nəyin harada olduğunu yaxşı bilirdim.

İlk dəfə evin 3-cü mərtəbəsində yataq otağındakı dolabda, paltarların altında gizlədilmiş 2 "paçka"nın birindən 3 ədəd 100 dollar çıxardım. Ona görə cəmi 3 ədəd 100 dollarlıq əskinası götürdüm ki, əgər Zenfira xala pulu yoxlamaq istəsə, "paçka"dan 300 dolların əskik olduğunu hiss eləməsin.

Həmin gün dostlarım Rəhman və Ağaverdiyə zəng etdim, bildirdim ki, məndə bir qədər pul var, yeyib-içək.

Rəhman dedi, Məhəmməd adlı dostu bizi öz avtomobilində gəzdirsin, onun qəşəng qız tanışları da olur. Bu minvalla Məhəmmədin "Hyundai" markalı avtomobilində Rəhman və Ağaverdi məni Bilgəh Kardioloji Sanatoriyanın qarşından götürdülər".

"Bağda qızlarla yeyib-içdik"

Təqsirləndirilən şəxs deyib ki, Məhəmmədin Mərdəkan qəsəbəsində icarəyə götürdüyü bağ evində Sumqayıt şəhərindən gəlmiş 6 qızla yeyib-içib, əyləniblər: "Bir gün sonra Rəhmanla əlaqə saxlayıb onu Kardiologiya Sanatoriyanın qarşısındakı kafedə çay içməyə dəvət etdim. Rəhman, Məhəmməd və Aslan adlı dostlarım da kafeyə gəldilər. Söhbət əsnasında məndən soruşdular ki, iki gündə xərclədiyin pul haradandır?

Bildirdim ki, Etibar Məmmədovun evindən 300 dollar oğurlamışam. Ətraflı məlumat verdim ki, onun evinin yataq otağında paltar dolabının içərisində 2 "paçka" 100 dollar gizlədilib.

Bunu eşidən Məhəmməd dedi ki, bir müddət əvvəl icarəyə avtomobil götürüb, ona pul lazımdır. Təklif etdi ki, evdən bir qədər də pul oğurlayım. O gün Etibar babanın evinə gedib daha 600 dollar götürdüm. Təxminən 2 saat sonra Məhəmməd və Rəhman Bilgəhdəki bələdiyyə binasının qarşısına gəldilər. Marketdə quraşdırılmış terminalda pulu Azərbaycan manatına çevirdik".

Əlinin sözlərinə görə, pulu paytaxtın Nizami küçəsində birlikdə xərcləyiblər: "Bu minvalla 2025-ci ilin müxtəlif günlərində evdən hissə-hissə ümumilikdə 19 000 dollar oğurladım. Təxminən 11 000 manatını Məhəmmədə xərclədim. Rəhmana isə 500 manatı əlbəəl verdim.

Aslana avtomobilinin təmiri üçün 1600 manat, Əlibaba adlı dostuma 800 manat vermişəm. Qalan pulları Məhəmməd, Aslan, Rəhman, Ağaverdi, Tamerlan və Əlibaba ilə birlikdə gecə klublarında və müxtəlif restoranlarda xərcləmişik".

"Narahat olma, pul oğurlayacağam"

Əli qeyd edib ki, 2025-ci il sentyabrın əvvəllərində Məhəmmədgil ona zəng edib bildiriblər ki, avtomobillə qəza törədiblər, təmirinə 1500 manat lazımdır: "Cavab verdim ki, narahat olma, Etibar babanın evindən pul oğurlayacağam. Dəqiq tarixini bilmədiyim gündə səhv etmirəmsə, 1000 dollar götürdüm və Məhəmmədə verdim".

Təqsirləndirilən şəxs deyib ki, Etibar Məmmədovun bacısının evində olan hovuzda dostları - Rəhman, Tamerlan, Aslan, Məhəmməd və Əlibaba ilə birlikdə əyləniblər: "Bir qədər sonra Məhəmməddən xahiş etdim ki, avtomobili versin, gedib mağazadan su alım. Bağ evindən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra təsadüfdən məni yol polisi saxladı. Avtomobil idarə etmək hüququm olmadığından maşın duracağa yerləşdirildi.

Bir gün keçmiş Məhəmməd əsəbi şəkildə zəng etdi və bildirdi ki, avtomobili duracaqdan çıxarmalıyıq, bunun üçün ona ümumilikdə 3450 manat lazımdır. 450 manat cərimə ödəməlidir, icarəyə maşını götürdüyü şirkətə isə 3000 manat verməlidir. Guya avtomobili mənə sürməyə verdiyinə görə şirkət onu 3000 manat cərimələyib.

Məhəmmədin bu tələbindən sonra yenidən həmin yerdən 2500 dollar götürdüm. Mən pulu evdən götürəndə dostum Məhəmməd, Rəhman, Tamerlan və Ağaverdi evin giriş qapısının qarşısında məni gözləyirdilər və tez-tez zəng edərək pulu götürüb-götürmədiyimi soruşurdular. Oğurladığım pulları Azərbaycan manatına çevirdim, Məhəmmədin tələb etdiyi 3450 manatı ona verdim".

"Hədiyyə telefon aldım"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən təxminən 3 gün sonra Məhəmməd yenidən zəng edib və bildirib ki, avtomobilin mühərrikində problem yaranıb: "Mühərrikin təmirinə 3500 manat lazım olduğunu söylədi. Ona dedim ki

#Kriminal#oğurluq_hadisəsi#Sabunçu_rayonu#Bilgəh_qəsəbəsi#Etibar_Məmmədov#Orxan_Məmmədov#bağ_evindən_oğurluq#cinayət_işi#məhkəmə_hökmü#Sabunçu_məhkəməsi#19_min_dollar_oğurluq.

Oxşar Xəbərlər

Hindistanda ata pis qiymət alan qızını mişarla öldürdü - FOTOKriminal

Hindistanda ata pis qiymət alan qızını mişarla öldürdü - FOTO

Hindistanın Maharaştra ştatının hüquq-mühafizə orqanları doqquz yaşlı övladına mişarla xəsarət yetirən şəxsi saxlayıb. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Bu gün
13:400
Hacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDUKriminal

Hacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDU

Hacıqabulda 23 yaşlı oğlu ilə 16 yaşlı qızı evləndirən ataya hökm oxunub.

Bu gün
12:520
Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblarKriminal

Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar

İnsan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Bu gün
09:520
2025-ci ildə həbs olunan İNSAN ALVERÇİLƏRİNİN SAYI BİLİNDİKriminal

2025-ci ildə həbs olunan İNSAN ALVERÇİLƏRİNİN SAYI BİLİNDİ

2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi (ikisi keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bu gün
09:480