
Everesti fəth edən ilk ABŞ-li Cim Uittaker vəfat edib
Everest zirvəsini fəth etmiş ilk ABŞ-li kimi tarixə düşən alpinist Cim Uittaker 97 yaşında dünyasını dəyişib.
Everest zirvəsini fəth etmiş ilk ABŞ-li kimi tarixə düşən alpinist Cim Uittaker 97 yaşında dünyasını dəyişib.
Gundem.today xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mərhumun ailəsinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, tanınmış idmançı aprelin 7-də Vaşinqton ştatının Port-Taunsend şəhərindəki evində həyatla vidalaşıb.
Cim Uittaker Everestə 1963-cü ildə qalxıb. AP qeyd edir ki, bu tarixi hadisə ABŞ-də alpinizmə olan marağın yenidən canlanmasına səbəb olmaqla yanaşı, onu qısa zamanda məşhurlaşdırıb. Bildirilir ki, Uittaker bir çox başqa dırmaşmalara, o cümlədən 1990-cı ildə ABŞ, SSRİ və Çin alpinistlərinin iştirak etdiyi beynəlxalq Everest ekspedisiyasına da rəhbərlik edib. Ailəsinin açıqlamasında qeyd olunur ki, həmin yürüş "əməkdaşlıq və xoşməramlılıq sayəsində nələrə nail olmağın mümkünlüyünü nümayiş etdirmək" məqsədi daşıyıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanQaşım Maqomedov: "Məqsədim olimpiya qızılını qazanmaqdır"
"Məqsədim olimpiya qızılını qazanmaqdır".
İdmanHəsrət Cəfərov və Qaşım Maqomedova yeni Olimpiya medalları təqdim edilib - VİDEO
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
İdmanKomanda idman növlərinə nəzarəti gücləndirmək üçün Ekspertlər Şurası yaradılacaq - FOTO
Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində Ekspertlər Şurası yaradılacaq.
İdmanUEFA Konfrans Liqası: 1/4 final mərhələsi start götürür
Bu axşam UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.