
Həsrət Cəfərov və Qaşım Maqomedova yeni Olimpiya medalları təqdim edilib - VİDEO
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
Gundem.today xəbər verir ki, İK-nın iclasını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açaraq, toplaşanları gündəlikdəki məsələlərlə tanış edib.
Gündəliyə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşınmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medallarının Olimpiya mükafatçılarına təqdim edilməsi, MOK-un layihələri və proqramları haqqında hesabat, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının yekun nəticələri, komanda idman növlərinə nəzarəti daha da artırmaq məqsədilə yeni Ekspertlər Şurasının yaradılması, Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi və cari məsələlər daxil edilib.
İclasda Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşınmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medalları Olimpiya mükafatçıları - güləşçi Həsrət Cəfərova və taekvondoçu Qaşım Maqomedova təqdim edilib.
Qeyd edək ki, Azərbaycan idmançıları Paris Olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.
H.Heydərov və M.Maqomedovdan başqa digər beş idmançının medalları keyfiyyətini itirib.
Daha sonra MOK-un beynəlxalq idarəsinin müdiri Ceyhun Rəhmanov qurumun layihələri və proqramları haqqında hesabatla çıxış edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanEhtiram Quliyevə verdiyi açıqlamalara görə AĞIR CƏZA
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu olan "Turan Tovuz" - "Zirə" qarşılaşmasından sonra hər iki klub cəzalandırılıb.
İdmanMOK-un vitse-prezidenti: "Bəzən federasiyalarda baş verənlərdən xəbərsiz oluruq"
"Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində yaradılacaq Ekspertlər Şurasına konkret kimlərin daxil ediləcəyi hələlik məlum deyil".
İdmanQaşım Maqomedov: "Məqsədim olimpiya qızılını qazanmaqdır"
"Məqsədim olimpiya qızılını qazanmaqdır".
İdmanKomanda idman növlərinə nəzarəti gücləndirmək üçün Ekspertlər Şurası yaradılacaq - FOTO
Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində Ekspertlər Şurası yaradılacaq.