
Evinin açarını su sayğacında gizlətdi, onu tapan oğrular isə mənzili taladılar
Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib.
Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib.
Gundem.today-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı X.Cəlilov və 36 yaşlı C.Səfərov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, ev sahibi azyaşlı övladı ilə gəzməyə gedərkən digər övladının evə daxil ola bilməsi üçün mənzilin açarını su sayğacının üzərinə qoyub.
Saxlanılan şəxslər isə binaya daxil olaraq sayğacları bir-bir yoxlayıb, açarın orada olduğunu aşkar etdikdən sonra mənzilə girərək oğurluq ediblər.
Yasamal rayonunda isə 600 manat dəyərində olan iki velosipedi talayaraq 50 manata satan, əvvəllər məhkum olunmuş 27 yaşlı M.Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalŞairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDI
Azərbaycanda bədii qiraətçi şairə qarşı dələduzluq edib.
KriminalƏvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldı
Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.
Kriminalİlin ilk üç ayında neçə cinayətin üstü açılıb? - Nazir tapşırıqlar verdi - FOTO
Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.
KriminalÖlkəyə narkotik gətirən əsas şəxslərdən biri QANDALLANDI - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Polis və sərhədçilərin birgə əməliyyatı zamanı 28 kq narkotik vasitə aşkarlanıb.