Son dəqiqə
Makron Ermənistana rəsmi səfər edəcək"Kəpəz"dən gələcəyə yatırım: İki gənc istedadla peşəkar müqavilə imzalandıTramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdıMasazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEOİran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. İlin ilk üç ayında neçə cinayətin üstü açılıb? - Nazir tapşırıqlar verdi - FOTO
İlin ilk üç ayında neçə cinayətin üstü açılıb? - Nazir tapşırıqlar verdi - FOTO
Kriminal

İlin ilk üç ayında neçə cinayətin üstü açılıb? - Nazir tapşırıqlar verdi - FOTO

Bu gün
16:18
0 baxış
Paylaş:

Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.

Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində həyata keçirilən tədbirlər və bayır xidmətinin təşkilinin vəziyyətinə həsr olunmuş iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2026-cı ilin birinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib.

Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb.

Qeyd olunub ki, cari ilin 3 ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 7 738 cinayətin 85.9 faizinin üstünün açılması təmin olunub. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90.1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4.9 faiz azalma baş verib. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub. Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.

Ağır, xüsusilə ağır və qrup halında cinayətlərin, şəxsiyyət əleyhinə olanların, adam öldürməyə cəhdlərin, mülkiyyət əleyhinə olanların, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlərin, əvvəllər məhkum olunmuşlar, yetkinlik yaşına çatmayanlar tərəfindən və ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı azalıb.

Eyni zamanda yol-nəqliyyat hadisələrinin sayı 15 fakt, qəzalarda ölənlərin sayı 9 nəfər, xəsarət alanların sayı 44 nəfər az olub.

Daha sonra gündəlikdəki məsələlərlə bağlı Nazirliyin Baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib.

İclasa yekun vuran daxili işlər naziri V.Eyvazov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib. Nazir eyni zamanda əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Daxili_İşlər_Nazirliyi_(DİN)#Vilayət_Eyvazov#Narkotik_vasitələrin_qanunsuz_dövriyyəsi#Qəsdən_adam_öldürmə#Dələduzluq_cinayəti#Sosial_şəbəkələr

Oxşar Xəbərlər

Şairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDIKriminal

Şairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDI

Azərbaycanda bədii qiraətçi şairə qarşı dələduzluq edib.

Bu gün
18:240
Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldıKriminal

Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldı

Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.

Bu gün
16:400
Evinin açarını su sayğacında gizlətdi, onu tapan oğrular isə mənzili taladılarKriminal

Evinin açarını su sayğacında gizlətdi, onu tapan oğrular isə mənzili taladılar

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib.

Bu gün
16:280
Ölkəyə narkotik gətirən əsas şəxslərdən biri QANDALLANDI - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİKriminal

Ölkəyə narkotik gətirən əsas şəxslərdən biri QANDALLANDI - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Polis və sərhədçilərin birgə əməliyyatı zamanı 28 kq narkotik vasitə aşkarlanıb.

Bu gün
15:480