Son dəqiqə
Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEOİran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilikŞairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDIBakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEOTrampdan İRANA HƏDƏ: "Hazır vəziyyətdəyik, qoşunlar artıq hərəkətə keçib"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Fatih Birol: "Yaxın Şərqdəki münaqişə nəticəsində 84 energetika obyekti zədələnib"
Fatih Birol: "Yaxın Şərqdəki münaqişə nəticəsində 84 energetika obyekti zədələnib"
Dünya

Fatih Birol: "Yaxın Şərqdəki münaqişə nəticəsində 84 energetika obyekti zədələnib"

Bu gün
16:48
0 baxış
Paylaş:

Yaxın Şərqdə baş verən münaqişə nəticəsində 80-dən çox energetika obyekti zədələnib.

Yaxın Şərqdə baş verən münaqişə nəticəsində 80-dən çox energetika obyekti zədələnib.

Gundem.today xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol "Anadolu" agentliyinə açıqlamasında məlumat verib.

"Yaxın Şərqdəki hücumlar nəticəsində 84 energetika obyekti zədələnib, onlardan 34-ü ciddi və çox ciddi zədələr alıb", - deyə agentlik rəhbəri bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatın enerji təhlükəsizliyi üçün ciddi təhdid daşıyır. Birol xatırladıb ki, boğazdan hər gün təxminən 13 milyon barel neft daşınır, dünyanın tələbatı isə 100 milyon bareldir. Agentlik rəhbərinin sözlərinə görə, münaqişə müddətində dünya bazarlarında təbii qaz tədarükündəki itkilər təxminən 100 milyard kubmetr təşkil edir.

"Hörmüz boğazı bütün tərəfləri qane edəcək şəkildə dərhal açılsa belə neft və təbii qaz tədarükünün qısa müddətdə müharibədən əvvəlki səviyyəyə qayıdacağını gözləmək inandırıcı deyil. Zədələnmiş müəssisələrdə istehsalın normal səviyyəyə qayıtması üçün ən azı iki il, bəzilərində isə daha çox vaxt tələb oluna bilər", - deyə Birol bildirib.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri məlumat verib ki, hazırda Fars körfəzi bölgəsində 200-dən çox neft tankeri və 10 mayeləşdirilmiş təbii qaz gəmisi gözləməkdədir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Yaxın_Şərq_münaqişəsi#enerji_obyektləri#Fatih_Birol#Beynəlxalq_Enerji_Agentliyi#Hörmüz_boğazı#neft_daşınması#təbii_qaz_tədarükü#qlobal_iqtisadiyyat#enerji_təhlükəsizliyi#infrastrukturun_bərpası.

Oxşar Xəbərlər

ABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilikDünya

ABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik

ABŞ-yə məxsus təyyarə Hörmüz boğazı istiqamətində hərəkət edir.

Bu gün
18:280
Trampdan İRANA HƏDƏ: "Hazır vəziyyətdəyik, qoşunlar artıq hərəkətə keçib"Dünya

Trampdan İRANA HƏDƏ: "Hazır vəziyyətdəyik, qoşunlar artıq hərəkətə keçib"

Donald Tramp İran ərazisinə yeni hava hücumlarının olacağını proqnozlaşdırır.

Bu gün
18:160
ABŞ, Britaniya və Fransanın kəşfiyyatçıları Parisdə gizli görüşdülər – Səbəb nədir?Dünya

ABŞ, Britaniya və Fransanın kəşfiyyatçıları Parisdə gizli görüşdülər – Səbəb nədir?

Fransa paytaxtında ABŞ, Böyük Britaniya və Fransa xüsusi xidmət orqanları nümayəndələrinin qapalı toplantısı keçirilib.

Bu gün
17:560
"Telegram" Rusiyada cərimələndiDünya

"Telegram" Rusiyada cərimələndi

Rusiyada Moskvanın Taqanski Məhkəməsi "Telegram" mesencerini Rusiyada qadağan olunmuş kontenti silməməkdə təqsirli bilib.

Bu gün
17:440