
FHN təlim keçirdi, binada nöqsanlar aşkarlandı - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 185 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 185 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, qəza-işıqlandırma sisteminin olmadığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı və işlək vəziyyətdə olmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDaşkəsəndə damı uçan binanı su basır - VİDEO
Ötən ay Daşkəsən rayonunda əsən güclü külək bir sıra ciddi fəsadlar törədib.
CəmiyyətAprelin ilk günü 25 dərəcə isti olacaq
Azərbaycanda aprelin 1-nə gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətDövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub - FOTO
Fərid Baxşıyev Maliyyə Nazirliyi yanında yeni yaradılmış Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub. Kadr təyinatı və agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat.
CəmiyyətBəstəkar, Xalq artisti Rafiq Babayevin doğum günüdür
Martın 31-i Azərbaycan bəstəkarı, Xalq artisti Rafiq Babayevin doğum günüdür.