
Aprelin ilk günü 25 dərəcə isti olacaq
Azərbaycanda aprelin 1-nə gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycanda aprelin 1-nə gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPediatr olan məşhur baş həkim qastroenteroloq işləyirmiş - Klinikada ciddi nöqsanlar aşkarlandı - FOTO
Yasamal rayonu ərazisində yerləşən "Doktor Davud" klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
CəmiyyətSürücülərin narazılığına səbəb olan kəsişmə ilə bağlı ÇIXIŞ YOLU - VİDEO
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində tətbiq edilən yol nişanlanması sürücülərin narazılığına səbəb olub.
CəmiyyətAğcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər
Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.
CəmiyyətSaray qəsəbəsində sürücülər üçün təhlükəli vəziyyət: "Gecə saatlarında qəza riski xeyli artır"
Bakı şəhərindən Saray qəsəbəsi istiqamətində, həmçinin qəsəbənin daxili yolların işıqlandırılması ilə bağlı problemdən sürücülər şikayət edirlər. Onların sözlərinə görə, ərazidə işıq dirəkləri quraşdırılsa da, axşam saatlarından etibarən işıqlar yanmır. Bu isə, xüsusilə gecə saatlarında və əlverişsiz hava şəraitində qəza riskini xeyli artırır.