
Bəstəkar, Xalq artisti Rafiq Babayevin doğum günüdür
Martın 31-i Azərbaycan bəstəkarı, Xalq artisti Rafiq Babayevin doğum günüdür.
Martın 31-i Azərbaycan bəstəkarı, Xalq artisti Rafiq Babayevin doğum günüdür.
Gundem.today xatırladır ki, o, 1936-cı ildə Bakı şəhərində anadan olub.
O, partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində dünyaya göz açıb.
1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq Babayev ilk caz kvartetini də məhz bu məktəbdə yaradıb.
O, 1950-ci ildə həmin məktəbi bitərək, Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olub, R.S.Levinanın sinfində təhsil alıb. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyib, həmçinin caz musiqisi ilə də maraqlanıb və improvizasiya ustalığını təkmilləşdirib.
1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, ABŞ-li caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilib.
Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxıb. O, Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olub.
1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilib. Onlar teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayıblar.
Rafiq Babayev bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görüb. Bütün bu illər ərzində o, caz musiqisi sahəsində yaradıcı işini də davam etdirib, bu işlə fasiləsiz məşğul olub, caz festivallarında iştirak edib.
1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olub. Onun "Bayatı-kürd" ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilib. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri) və başqa peşəkar musiqiçilər fəaliyyət göstəriblər.
Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olub, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edib. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olub.
1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edib və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradıb. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə - Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradıb.
1993-cü ildə ona Azərbaycan Respublikasının xalq artisti adı verilib.
1994-cü il martın 19-da erməni ekstremistlərinin metro stansiyasındakı təşkil etdikləri terror hadisəsi nəticəsində həlak olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda bostan sahələri yarıbayarı AZALIB
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda bəzi yazlıq bitkilərin əkin sahələrində kəskin azalma qeydə alınıb.
Cəmiyyət"Saatlıda yaşıllıq ərazidə yulğunlar qəsdən məhv edilir" - İDDİA - VİDEO
Saatlı rayonunda yaşıllıq ərazidə yulğunların qəsdən məhv edildiyi iddia olunub.
Cəmiyyətİşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlara ŞAD XƏBƏR
Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və inkişafı ilə bağlı aşağıdakı dəstək və xidmətlərdən yararlanmaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bölgədə fəaliyyət göstərən xidmət şəbəkəsinə müraciət edə bilərlər.
CəmiyyətDaşkəsəndə damı uçan binanı su basır - VİDEO
Ötən ay Daşkəsən rayonunda əsən güclü külək bir sıra ciddi fəsadlar törədib.