
FİFA 2026-cı il dünya çempionatı üçün yeni qaydalar tətbiq edir
FIFA 2026-cı il dünya çempionatında tətbiq olunacaq yeni qaydalar təqdim edib.
FIFA 2026-cı il dünya çempionatında tətbiq olunacaq yeni qaydalar təqdim edib.
Gundem.today "Gazeta.ru"ya istinadən xəbər verir ki, təşkilat beş yeni dəyişiklik tətbiq edir.
Matç zamanı əvəzlənən futbolçu meydanı 10 saniyə ərzində tərk etməlidir. Bu limit aşılarsa, onu əvəz edən oyunçu əlavə olaraq bir dəqiqə gözləməli olacaq. Aut atışı və qapıdan zərbələr üçün komandaya maksimum beş saniyə vaxt veriləcək.
Oyunçuya tibbi yardım göstərilərkən epizod sarı və ya qırmızı vərəqə ilə cəzalandırılmırsa, o, bir dəqiqəlik meydanı tərk etməli olacaq. VAR sistemi mübahisəli künc zərbələri və ikinci sarı vərəqə hallarında oyuna müdaxilə edə biləcək. Artıq hakimə izah üçün yalnız kapitan sarğısı olan futbolçu müraciət edə biləcək.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanDÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-offun finalına vəsiqə qazandı - VİDEO
Futbol üzrə Dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.
İdmanMauro İkardidən "Qalatasaray"a XƏBƏRDARLIQ
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ödənilməyən borc səbəbindən rəhbərliyə rəsmi xəbərdarlıq edib.
İdmanFərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.
İdmanAyxan Abbasov: "10 il əvvəl meydança problemi var idi, indi də dəyişməyib"
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov ölkə futbolunda gələcək nəsillə bağlı gözləntilərini bölüşüb.