
Ayxan Abbasov: "10 il əvvəl meydança problemi var idi, indi də dəyişməyib"
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov ölkə futbolunda gələcək nəsillə bağlı gözləntilərini bölüşüb.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov ölkə futbolunda gələcək nəsillə bağlı gözləntilərini bölüşüb.
Gundem.today xəbər verir ki, bu barədə o, "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan - Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında danışıb.
Baş məşqçi bildirib ki, gələcək üçün vəziyyət çətinləşir:
"Səhərə qədər bu problemlərdən danışa bilərik. Gəlin realist və səmimi olaq. Bəlkə də problemlərdən danışıram deyə kimlərinsə xoşuna gəlmir. Realist olsaq, gələcək üçün vəziyyət çətinləşir. Bugünkü mərkəz müdafiəçilərimizin yaş göstəricisinə baxsaq, onların orta yaşdan yuxarı olduğunu görərik. U-21 yığmamızın baş məşqçisi ilə danışıram, onun ən çox çətinlik çəkdiyi mövqe stoper mövqeyidir. Bu isə 1-2 ildən sonra əsas milliyə təsir edəcək. Geniş mövzudur, üzücüdür. Nəyimiz çatmadı ki, birdən belə vəziyyətə düşdük? Bu, bir ilin səhvi deyil. U-16 və U-17 yığmalarında da həmin uşaqlar var idi. Hər kəs problemi bilir. İşə başlamalı, azarkeşlərə də bildirməliyik ki, bu problemlər həllini tapana qədər səbirli olsunlar".
"Aşağı yaş qrupları işləyəcək, vəziyyət düzələcək. Bu da klublardan gəlməlidir. Futbolçular klubların akademiyalarında yetişirlər. Bu gün millinin məşqçisi 10-12 günlük toplanışda çox şeyi dəyişə bilmir. Futbolçular milliyə hazır gələndə bu bizi sevindirir. "Neftçi", "Sabah", "Qarabağ", "Zirə" klublarından gələnlər ən yaxşı formadadır. Onlar liqada da yaxşı performans göstərirlər. Bu isə millinin oyunlarına təsir edir. Uşaq futboluna baxışımız dəyişməlidir. Deyirik, amma heç nə dəyişmir. 10 il əvvəl meydança problemi var idi, indi də dəyişməyib. Klubların uşaq futboluna yanaşması dəyişməyib. Nəticə, rəqabət, intriqa... Təəssüf ki, bu da yığma komandalarımıza təsir edir", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Murad Nəsimi
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanFərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.
İdmanGənclər "Urban Hackathon 2026"da dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim ediblər
Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində 13-16 mart tarixlərində təşkil olunan "Urban Hackathon 2026: Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu" uğurla başa çatıb.
İdmanAyxan Abbasov: "Futbolçularımız əllərindən gələni edəcəklər"
"Futbolçularımız növbəti matçlarda əllərindən gələni edəcəklər".
İdmanMillinin kapitanı: "Uzun müddət qələbə qazana bilmirik"
"Sent Lüsiya ilə oyunda qələbə bizim üçün çox vacibdir".