
FIFA "Neftçi"ni niyə cəzalandırıb? - RƏSMİ CAVAB - ÖZƏL
"Neftçi" klubuna tətbiq edilən transfer qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib.
"Neftçi" klubuna tətbiq edilən transfer qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib.
Klubdan Gundem.today-a verilən açıqlamada FIFA-nın müvafiq portalında yaranan məhdudiyyətin texniki gecikmə ilə bağlı olduğu bildirilib.
Qeyd olunub ki, transfer ödənişi gecikdiyi zaman FIFA sistemi klubu avtomatik şəkildə "qırmızı siyahı"ya daxil edir və transfer qadağası tətbiq olunur:
"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlandıqdan sonra qadağa avtomatik olaraq aradan qalxır".
Açıqlamada ödənişin klub tərəfindən həyata keçirildiyi vurğulanıb:
"Qarşı tərəf ödənişi təsdiqlədikdən sonra maksimum 3-5 gün ərzində transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".
Murad Nəsimi
FIFA "Neftçi"yə transfer qadağası qoyub.
Gundem.today xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Yuri Vernidubun rəhbərlik etdiyi kluba transfer qadağası qarşıdakı üç "transfer pəncərəsi" dönəmində qüvvədə olacaq.
Qadağa 5 may 2026-cı ildə qüvvəyə minib.
Qərarın konkret səbəbləri hələ açıqlanmayıb.
Qeyd edək ki, siyahıda "Neftçi"dən başqa, Türkiyənin "Antalyaspor", Misirin "Zamalek", Rumıniyanın "CFR Kluj" və bir sıra digər klublar da yer alıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanDünya çempionatına 35 gün qaldı: PARAQVAY - "La Albirroja" - VİDEO
Paraqvay millisi ("La Albirroja" - Ağ-qırmızılar) Cənubi Amerika futbolunun ən inadkar, müdafiə mərkəzli və mübariz komandalarından biridir. 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqla paraqvaylılar 16 illik fasiləyə son qoyaraq yenidən dünya elitasına qayıdıblar.
İdmanFIFA-dan "Neftçi"yə TRANSFER QADAĞASI
FIFA "Neftçi"yə transfer qadağası qoyub.
İdmanKonfrans Liqasında finala son addım
Bu axşam UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin son oyunları keçiriləcək.
İdmanUEFA Avropa Liqasında böyük gecə: Finalçıların adları məlum olur
Bu axşam UEFA Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulur.