Son dəqiqə
Fransada Azərbaycan diasporunun üzvü vəfat etdi - FOTOAzərbaycanda yeni kanat yolunun inşasına BAŞLANILDI - FOTO - VİDEOBakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜSosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDIBiləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI: Yaralının son vəziyyəti açıqlandıQusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qəbul imtahanının II mərhələsi üzrə sınaq keçiriləcək
Qəbul imtahanının II mərhələsi üzrə sınaq keçiriləcək
Cəmiyyət

Qəbul imtahanının II mərhələsi üzrə sınaq keçiriləcək

Bu gün
10:08
0 baxış
Paylaş:

Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5554 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

Qeyd olunub ki, sınaq imtahanı bütün binalarda saat 10:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 09:45‑də başa çatacaq.

"İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.

İmtahanın idarə edilməsi üçün 59 imtahan rəhbəri, 490 nəzarətçi, 26 ümumi imtahan rəhbəri, 78 buraxılış rejimi əməkdaşı ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız onların şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.

Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar", - məlumatda vurğulanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#sınaq_imtahanı#ali_təhsil_müəssisələrinə_qəbul#bakalavriat_səviyyəsi#abituriyentlər_üçün_imtahan#imtahan_qaydaları#10_may_sınaq_imtahanı#qəbul_imtahanının_II_mərhələsi#buraxılış_vərəqəsi#təhsil_xəbərləri

Oxşar Xəbərlər

Fransada Azərbaycan diasporunun üzvü vəfat etdi - FOTOCəmiyyət

Fransada Azərbaycan diasporunun üzvü vəfat etdi - FOTO

Fransada Azərbaycan diasporunun üzvü, tanınmış alim Vəfa Mustafayev 88 yaşında vəfat edib.

Bu gün
11:160
Azərbaycanda yeni kanat yolunun inşasına BAŞLANILDI - FOTO - VİDEOCəmiyyət

Azərbaycanda yeni kanat yolunun inşasına BAŞLANILDI - FOTO - VİDEO

Balakən şəhərinin Heydər Əliyev parkında kanat yolunun inşası istiqamətində işlərə başlanılıb.

Bu gün
11:120
Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDICəmiyyət

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

Sabirabad rayonunda "TikTok" sosial şəbəkəsində əxlaqsız ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub.

Bu gün
11:040
Qusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO - VİDEOCəmiyyət

Qusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu gün
11:000