Son dəqiqə
Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASIWUF13 və AFFA-nın birgə seminarı keçirilibVahid indekslər siyahısı DƏYİŞDİ - Baş nazirdən yeni qərarİlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verirNazirlər Kabinetindən fərdi istilik sistemlərinin quraşdırılması ilə bağlı QƏRARCinsiyyətini dəyişdirdiyi iddia edilən məşhur futbolçudan diqqətçəkən paylaşım - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. "Financial Times": Çin hakerləri "ağıllı" cihazlarla Qərb ölkələrinə kiberhücumlar edir
"Financial Times": Çin hakerləri "ağıllı" cihazlarla Qərb ölkələrinə kiberhücumlar edir
Dünya

"Financial Times": Çin hakerləri "ağıllı" cihazlarla Qərb ölkələrinə kiberhücumlar edir

Bu gün
14:36
0 baxış
Paylaş:

Çin hökumətinin maraqlarını təmsil edən hakerlər Qərb ölkələrinin infrastrukturuna və müxtəlif qurumlarına kiberhücumların təşkili üçün ev routerləri və "ağıllı" soyuducular kimi şəbəkələrdən mütəmadi olaraq istifadə edirlər.

Çin hökumətinin maraqlarını təmsil edən hakerlər Qərb ölkələrinin infrastrukturuna və müxtəlif qurumlarına kiberhücumların təşkili üçün ev routerləri və "ağıllı" soyuducular kimi şəbəkələrdən mütəmadi olaraq istifadə edirlər.

Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.

Qeyd olunub ki, "Beş göz" ("The Five Eyes") kəşfiyyat alyansına daxil olan dövlətlər başda olmaqla təhlükəsizlik orqanları bu qənaətə gəliblər.

Almaniya, Yaponiya, Niderland, İspaniya, İsveç və "Beş göz" ölkələrinin kəşfiyyat xidmətlərinin birgə bəyanatında bildirilir ki, Çinin kiberfəzada taktikasını əhəmiyyətli dərəcədə dəyişməsi onunla əlaqəli hakerlərin aşkarlanmasını çətinləşdirib. Bu isə məxfi məlumatların oğurlanması, eləcə də elektrik stansiyaları və rabitə şəbəkələri kimi obyektlərin işinə müdaxilə cəhdlərini daha uğurlu edib.

Qeyd edək ki, "Beş göz" (The Five Eyes) - ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniyanın kəşfiyyat ittifaqıdır. Birlik çərçivəsində onlar radioelektron kəşfiyyat məlumatlarını mübadilə edirlər. Alyans iddia edir ki, Çin bütün dünyada internetə çıxışı olan on minlərlə ev cihazını, o cümlədən internet marşrutlaşdırıcılarını və digər qadcetləri sındırıb. FT izah edir ki, fərdi istifadəçilər və şirkətlər adətən cihazları aldıqdan sonra onların proqram təminatını yeniləmədikləri üçün belə halların baş verməsi qaçılmaz olur.

Avropa kəşfiyyatının adı açıqlanmayan nümayəndəsi nəşrə bildirib ki, hakerlər həmin cihazları "zəncirvari" şəkildə birləşdirərək onların köməyi ilə kiberhücumlar həyata keçirə bilirlər. Onun sözlərinə görə, əvvəllər Əşyalar İnterneti (IoT) cihazları əsasən nisbətən sadə kiberəməliyyatlar üçün istifadə olunurdusa, hazırda bu proseslər getdikcə mürəkkəbləşir.

Qərb kəşfiyyat xidmətlərinin məlumatına əsasən, Çinin ən böyük üç kiberqrupu - "Volt Typhoon", "Flax Typhoon" və "Violet Typhoon" artıq bu cür şəbəkələrdən müntəzəm istifadə edirlər.

Qərb kəşfiyyatı ilk iki qrupun Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli olduğunu hesab edir. Onların həyata keçirdiyi hücumların ehtimal ki, ABŞ-nin kommunikasiya şəbəkələrini hədəf aldığı bildirilir. "Flax Typhoon" əsasən Tayvan şəbəkələrinə və Tayvanla əlaqəli olan ABŞ hərbi sistemlərinə sızmağa yönəlib.

FT yazır ki, ABŞ kəşfiyyat cəmiyyətinin fikrincə, bu cür haker hücumlarının əsas məqsədlərindən biri hərbi və mülki sistemlərin işini geniş miqyasda pozmaqdır. Beləliklə, Çinin Tayvana ehtimal olunan müdaxiləsi zamanı ABŞ-nin reaksiya verməsi çətinləşəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Çin_hakerləri#kiberhücum#Beş_göz_alyansı#ağıllı_cihazlar#kibertəhlükəsizlik#Qərb_infrastrukturu#Volt_Typhoon#Flax_Typhoon#Violet_Typhoon#əşyalar_interneti#məlumat_sızıntısı#haker_qruplaşmaları

Oxşar Xəbərlər

İlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verirDünya

İlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verir

Alimlərin apardıqları araşdırmalar göstərib ki, İlon Mask tərəfindən yaradılan "Grok" çatbotu istifadəçilərin zərərli illüziyalarını dəstəkləməklə yanaşı, yeni yanlış fikirlər də formalaşdırır.

Bu gün
15:560
İlon Maskın şirkəti robot-taksilərin satışına başladıDünya

İlon Maskın şirkəti robot-taksilərin satışına başladı

ABŞ-li sahibkar İlon Maska məxsus "Tesla" şirkəti tərəfindən yaradılan robotlaşdırılmış taksilər - "Cybercab"ın satışına başlanılıb.

Bu gün
15:400
Yaxın Şərq münaqişəsi Rusiyadan neft alışını kəskin artırdıDünya

Yaxın Şərq münaqişəsi Rusiyadan neft alışını kəskin artırdı

Yaxın Şərq münaqişəsi ilə əlaqədar yaranan qlobal enerji böhranı Sinqapurun Rusiyadan neft məhsulları idxalını kəskin şəkildə çoxaltması ilə nəticələnib.

Bu gün
15:320
Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTODünya

Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO

Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar.

Bu gün
15:080