Son dəqiqə
Bakının mərkəzində iki park BİRLƏŞDİRİLİR - FOTO"Hizbullah" İsrailə məxsus PUA-nı vurdu - VİDEOErmənistan seçkiqabağı döyüş meydanına çevrilir? - VİDEOBinədə doqquz mənzili talayan şəxs ələ keçdi - VİDEOİsfahani: "Əgər İran neft ixrac edə bilmirsə, bunu başqalarına da etməyə qoymayacaq"Bakıda dayısını qətlə yetirən şəxsə AĞIR CƏZA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. WUF13 və AFFA-nın birgə seminarı keçirilib
WUF13 və AFFA-nın birgə seminarı keçirilib
Cəmiyyət

WUF13 və AFFA-nın birgə seminarı keçirilib

Bu gün
16:03
0 baxış
Paylaş:

Aprelin 23-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.

Aprelin 23-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.

Gundem.today xəbər verir ki, seminarda AFFA işçi heyəti, eləcə də Peşəkar Futbol Liqası (PFL), Futbolun İnkişafı Fondu (FİF), Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən AFFA-nın baş katibinin müavini Kamran Vəliyev 17-22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçiriləcəyini diqqətə çatdırıb. O vurğulayıb ki, forum davamlı inkişaf, inklüzivlik və müasir idarəetmə prinsiplərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir:

"Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi həm böyük məsuliyyət yaradır, həm də beynəlxalq standartların müxtəlif sahələrdə, o cümlədən futbolda tətbiqi üçün geniş imkanlar açır. Bu istiqamətdə WUF13 Azərbaycan Əməliyyat Şirkəti rəhbərliyi ilə birgə mühüm addımlar atmışıq. Əsas məqsədimiz yalnız futbolun inkişafı deyil, eyni zamanda ətraf mühitə, cəmiyyətə və gələcək nəsillərə qarşı məsuliyyətli yanaşmanı təşviq edən dayanıqlı futbol mühitinin formalaşdırılmasıdır."

Daha sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək idmanın şəhərlərin inkişafında və şəhərsalma planlamasına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, idman inklüzivliyi təşviq edən, sağlam həyat tərzini dəstəkləyən və yaşayış məskənlərinin dayanıqlığını gücləndirən əsas şəhər xidmətlərindən biridir.

AZS ISO 20121:2026 dövlət standartının tətbiqi ölkədə keçirilən tədbirlərin dayanıqlılıq prinsiplərinə uyğun şəkildə planlaşdırılması və idarə olunması üçün zəruri institusional çərçivə yaradır. Bu yanaşma nəticə etibarilə həm şəhər ekosisteminə ekoloji baxımdan müsbət təsir göstərəcək, həm də tədbir sənayesində yeni bir mədəniyyətin yaranmasına əhəmiyyətli töhfə verəcək.

WUF13 tədbiri ekoloji və inklüziv prinsiplərə əsaslanaraq təşkil olunacaq. Tədbirin mövcud infrastrukturdan istifadə olunaraq Bakı Olimpiya Stadionunda (BOS) təşkili və resursların daha səmərəli istifadəsi əsas istiqamətlərdəndir.

Seminar çərçivəsində, həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə, Koordinasiya üzrə baş inzibatçısı Əfqan Mehtiyev, Təşkilati inkişaf və insan kapitalı üzrə baş inzibatçısı Tural Məmmədov, "EY Azərbaycan" şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə məsləhət xidmətləri üzrə baş meneceri Mirzə Əliyev və baş mütəxəssisi Nərgiz Əhmədzadə çıxış edərək mövzu üzrə təqdimatlar etmiş və tədbirin önəmindən bəhs ediblər.

Çıxışlar zamanı "İdmanın şəhər planlamasına inteqrasiyası", "Futbol turnirlərində dayanıqlılıq və hesabatlılığın rolu", "Tədbirin uğurla keçirilməsi üçün planlaşdırma, icra və risklərin idarə olunması" kimi mövzular barədə ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#WUF13#AFFA#Ümumdünya_Şəhərsalma_Forumu#AZS_ISO_20121:2026#idman_tədbirlərində_davamlılıq#futbol_təşkilatçılığı#davamlı_idarəetmə#Bakı_Olimpiya_Stadionu#ekoloji_prinsiplər#şəhərsalma_planlaması.

Oxşar Xəbərlər

Bakının mərkəzində iki park BİRLƏŞDİRİLİR - FOTOCəmiyyət

Bakının mərkəzində iki park BİRLƏŞDİRİLİR - FOTO

Paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.

Bu gün
17:240
Bağça müdiri olmaq istəyənlərin diqqətinəCəmiyyət

Bağça müdiri olmaq istəyənlərin diqqətinə

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu gün
16:560
Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMACəmiyyət

Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA

Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi və idarə olunması sahəsində son illər mühüm institusional və rəqəmsal yeniliklər həyata keçirilsə də, bu sahədə hələ də ciddi uyğunsuzluqlar mövcuddur.

Bu gün
16:480
Gürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandıCəmiyyət

Gürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandı

2025-ci ildə 10 nəfər Gürcüstan vətəndaşlığından imtina edib və Azərbaycan vətəndaşlığı alıb.

Bu gün
16:360