
Floridada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb: Pilot həlak olub
ABŞ-nin Florida ştatındakı Tampa şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.
ABŞ-nin Florida ştatındakı Tampa şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.
Gundem.today xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yaydı.
Məlumata əsasən, aprelin 19-da yerli vaxtla səhər tezdən havaya qalxan "Cessna" markalı hava gəmisi təxminən saat 08:35-də (Bakı vaxtı ilə saat 16:35) hələlik məlum olmayan səbəblərdən yerə çırpılıb. Təyyarənin yaşayış evinin arxa həyətinə düşməsi nəticəsində yanğın başlayıb, binanın özünə isə cüzi ziyan dəyib.
Hazırda ABŞ-nin Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı təhqiqat aparır. Araşdırmanın nəticələrinə dair hesabatın 30 gün ərzində dərc olunacağı gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNeft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI
ABŞ-İran danışıqlarının baş tutmayacağı ehtimalı ilə əlaqədar kəskin artımdan sonra neft qiymətlərində ucuzlaşma baş verib. Buna müzakirələrin keçiriləcəyinə dair yayılan son xəbərlərin səbəb olduğu bildirilir.
DünyaYaponiyada güclü zəlzələ: Yaralananlar var
Yaponiyada aprelin 20-də baş verən 7.7 bal gücündə güclü zəlzələ nəticəsində altı nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
DünyaTramp İranı görünməmiş problemlərlə hədələdi
ABŞ Administrasiyasının rəhbəri Donald Tramp hesab edir ki, İran Birləşmiş Ştatlarla danışıqlar prosesində iştirakını davam etdirəcək.
DünyaRusiyada üç turist dağda donaraq öldü
Rusiyanın Buryatiya Respublikasının Okin rayonunda turist marşrutlarından birinin üzərində üç nəfərin meyiti tapılıb.