
Rusiyada üç turist dağda donaraq öldü
Rusiyanın Buryatiya Respublikasının Okin rayonunda turist marşrutlarından birinin üzərində üç nəfərin meyiti tapılıb.
Rusiyanın Buryatiya Respublikasının Okin rayonunda turist marşrutlarından birinin üzərində üç nəfərin meyiti tapılıb.
Gundem.today "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:
"Okin rayonunda Munku-Sardık dağından eniş zamanı ilkin məlumatlara görə üç nəfər hipotermiyadan (bədənində temperaturun aşağı düşməsi nəticəsində yaranan simptomdur. İnsanın uzun müddət soyuq şəraitdə qalması nəticəsində yaranır - red.) həyatını itirib. Onların şəxsiyyətləri müəyyənləşdirilir".
Hadisə yerinə axtarış-xilasetmə qüvvələri göndərilib. Qeyd olunur ki, həlak olanların meyitləri aprelin 20-dən 21-nə keçən gecə aşkarlanıb. Turist qrupu Buryatiyaya Krasnoyarskdan gəlibmiş.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran neft tankeri ABŞ-nin blokadası fonunda Hörmüz boğazını keçib
Çərşənbə axşamına keçən gecə İranın neft tankeri ölkənin Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Hörmüz boğazını keçərək İslam Respublikasının ərazi sularına daxil olub.
DünyaKİV: İran nümayəndə heyəti hələ də Pakistana getməyib
İran nümayəndə heyətinin heç bir üzvü ABŞ ilə danışıqlar aparmaq üçün hələ İslamabada çatmayıb və ümumiyyətlə oraya uçmayıb.
DünyaYaponiya silah ixracı qaydalarını yumşaldır
Yaponiya silah ixracı ilə bağlı mövcud qaydalarda yumşalmalara gedir.
DünyaZelenski ABŞ rəsmilərini Ukraynaya hörmətsizlikdə günahlandırdı
Ukrayna Prezidenti Volodimir Zelenski televiziya marafonundakı çıxışında ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşnerin Ukraynaya qarşı hörmətsizlik nümayiş etdirdiyini bildirib.