
"Qarabağ"ın sabiq ulduzu Juninyodan Meksikada möhtəşəm qol - VİDEO
Ağdamın "Qarabağ" klubunun sabiq hücumçusu Juninyo hazırda çıxış etdiyi "Pumas" komandasının heyətində baxımlı qola imza atıb.
Ağdamın "Qarabağ" klubunun sabiq hücumçusu Juninyo hazırda çıxış etdiyi "Pumas" komandasının heyətində baxımlı qola imza atıb.
Gundem.today xəbər verir ki, 29 yaşlı braziliyalı forvard Meksika çempionatının 17-ci turu çərçivəsində baş tutan "CF Amerika" ilə gərgin səfər matçında (3:3) komandasının ilk qolunu vurub.
Bu dəqiq zərbə hücumçunun Meksika çempionatında meydana çıxdığı 18-ci oyunda vurduğu 8-ci qol kimi qeydə alınıb.
Qeyd edək ki, 2023-cü ilin yayından 2025-ci ilin əvvəlinə qədər "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanHalkın yeni klubu bəlli oldu
Braziliya yığmasının sabiq hücumçusu Halkın (Givanildo Souza) futbol karyerasındakı növbəti dayanacağı bəlli olub.
İdmanŞimali Koreyanın futbol klubu uzun illər sonra Cənubi Koreyaya gedir
Şimali Koreyanı təmsil edən "Nekohyan" qadın futbol klubu Asiya Futbol Konfederasiyasının (AFC) qadınlar arasında keçirilən Çempionlar Liqasının yarımfinal matçında iştirak etmək üçün Cənubi Koreyaya səfər edəcək.
İdmanPremyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.
İdmanDünya çempionatına 38 gün qaldı: ŞOTLANDİYA - "Tartan ordusu" - VİDEO
Şotlandiya millisi ("Tartan Ordusu") Britaniya futbolunun ən köklü və ehtiraslı komandalarından biridir. "Tartan ordusu" Şotlandiya milli futbol komandasının azarkeşlərinə verilən ləqəbdir. Onlar dünyanın ən ehtiraslı, sadiq və centlmen azarkeş qruplarından biri kimi tanınırlar. Bu adı komandalarının oyunlarına geyindikləri ənənəvi Şotlandiya kiltləri və tartan naxışlarına görə alıblar.