
Fransa silahlanmanı sürətləndirir - Hərbi istehsal artırılır
Fransanın Hərbi Hava-Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Jerom Bellanje ölkədə hərbi texnika istehsalının artırılmasının zəruri olduğunu bildirib.
Fransanın Hərbi Hava-Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Jerom Bellanje ölkədə hərbi texnika istehsalının artırılmasının zəruri olduğunu bildirib.
Gundem.today xəbər verir ki, bu barədə o, "Le Journal du Dimanche" qəzetinə müsahibəsində danışıb.
Generalın sözlərinə görə, Fransa aviasiyasının müxtəlif əməliyyatlarda geniş istifadəsi texnikanın daha tez köhnəlməsinə səbəb olur. O qeyd edib ki, 2030-cu ildən sonrakı dövrü əhatə edəcək yeni hərbi planlaşdırma qanunu istehsal həcmlərinin artırılmasına imkan verməlidir.
Jerom Bellanje bildirib ki, Fransa hərbi texnika vasitələrindən heç vaxt bu qədər fəal istifadə etməyib. Təxminən bir ay əvvəl qırıcı təyyarələrin demək olar ki, 80 faizi döyüş hazırlığının gücləndirilməsi tapşırıqlarına cəlb olunub.
O əlavə edib ki, 2024-2030-cu illəri əhatə edən və hərbi büdcənin 36 milyard avroya qədər artırılmasını nəzərdə tutan mövcud proqram çərçivəsində zenit-raket komplekslərinin modernləşdirilməsi, "Airbus A400M" tipli təyyarələrin sayının artırılması, raket ehtiyatlarının bərpası və əməliyyat hazırlığının gücləndirilməsi planlaşdırılır.
Hazırda Fransa Hərbi Hava-Kosmik Qüvvələrinin arsenalında 21 ədəd "A400M" təyyarəsi var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edib
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt xəbərdarlıq edib.
DünyaGünəşdə iki güclü partlayış qeydə alınıb
Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib.
Dünyaİspaniyada attraksion qəzası: Xəsarət alanlar var
İspaniyanın Sevilya şəhərində keçirilən yarmarkada ekstremal "katapult" attraksionunun trosu qırılıb.
Dünyaİspaniyada attraksion qəzası: Xəsarət alanlar var - VİDEO
İspaniyanın Sevilya şəhərində keçirilən yarmarkada ekstremal "katapult" attraksionunun trosu qırılıb.