Bayram günlərində baş vermiş hadisələrdə 13 nəfər ölüb - VİDEO
Hadisə

Bayram günlərində baş vermiş hadisələrdə 13 nəfər ölüb - VİDEO

İndi
10:34
0 baxış
Paylaş:

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, beş avtonəqliyyat qəzası, üç partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib, intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Hadisə#FHN#Fövqəladə_Hallar_Nazirliyi#bayram_günləri#qeyri-iş_günləri#yanğın#xilasetmə_əməliyyatları#subasma#daşqın#avtonəqliyyat_qəzası#partlayış#təxliyə#Ramazan_bayramı#Novruz_bayramı#qəza_xronikası#rəsmi_statistika.

Oxşar Xəbərlər