Son dəqiqə
Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldüBakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQYenilənən İslam Səfərli küçəsindən FOTOLARLənkəranda tanınmış iş adamı ÖLDÜ - FOTOTürkiyənin 16 vilayətində genişmiqyaslı əməliyyat: 198 nəfər saxlanıldı - VİDEOHeydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB - FOTO/VİDEO
Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB - FOTO/VİDEO
Cəmiyyət

Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB - FOTO/VİDEO

Bu gün
14:42
0 baxış
Paylaş:

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- yanğın su hovuzu mövcud deyil;

- obyektin ərazisində tikililərin və qurğuların yanğına qarşı ara məsafələri dəmir və yanar materiallar yığılmaqla pozulur;

- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda deyilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Gəncə#metaləritmə_müəssisəsi#yanğın_təhlükəsizliyi#FHN#Dövlət_Yanğın_Nəzarəti_Xidməti#obyektin_fəaliyyətinin_dayandırılması#yanğın_qaydalarının_pozulması#yoxlama#Fövqəladə_Hallar_Nazirliyi

Oxşar Xəbərlər

Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQCəmiyyət

Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın üçündə, bəzi bölgələrdə isə üçü və dördündə külək güclənəcək.

Bu gün
15:280
Yenilənən İslam Səfərli küçəsindən FOTOLARCəmiyyət

Yenilənən İslam Səfərli küçəsindən FOTOLAR

Dünən Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı olub. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub.

Bu gün
15:180
Lənkəranda tanınmış iş adamı ÖLDÜ - FOTOCəmiyyət

Lənkəranda tanınmış iş adamı ÖLDÜ - FOTO

Lənkəranda tanınmış iş adamı ölüb.

Bu gün
15:100
Təbii fəlakət qarşısında dövlət qalxanıCəmiyyət

Təbii fəlakət qarşısında dövlət qalxanı

Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondunda

Bu gün
13:060