
Gənclərin tez-tez iş yerlərini dəyişmələrinin səbəbi açıqlandı - Mütəxəssis rəyi
"Gənc mütəxəssislər tez-tez yaşlı həmkarlarının pis davranışları səbəbindən iş yerlərini tərk edirlər".
"Gənc mütəxəssislər tez-tez yaşlı həmkarlarının pis davranışları səbəbindən iş yerlərini tərk edirlər".
Gundem.today xəbər verir ki, bunu News.ru-ya rusiyalı mütəxəssis Yelena Malinovskaya bildirib.
Onun sözlərinə görə, təcrübəli əməkdaşlar bəzən işlərini itirmək qorxusundan yeni gələnlərin təşəbbüslərini tənqid edirlər.
"Gənc əməkdaş işə düzəlir, potensialını reallaşdırmağa və zamanla karyera pilləsində yüksəlməyə ümid edir. Lakin yaşlı həmkarlar tezliklə onu sıxışdırırlar ki, burada təşəbbüs alqışlanmır. Köhnə işçilər işdən çıxarılma və vəzifələrini itirmə qorxusundan yeni insanlara qarşı qətiyyətli mövqe tutur. Onlar nə özləri təzə ideyalar təklif edirlər, nə də yeni gələnlərin ideyalarının həyata keçməsinə imkan vermirlər. Daim öz təşəbbüslərini reallaşdıra bilməmək hissi məhsuldarlığın azalmasına və depressiv psixoloji vəziyyətə gətirib çıxarır. Bir çoxları belə hallara dözə bilmir və kollektivdə bir neçə ay işlədikdən sonra işdən çıxırlar", - deyə ekspert mövqeyini əsaslandırıb.
Ekspertin sözlərinə görə, bu, qeyri-rəsmi imtiyazlar yeni işçilərin adaptasiyasına mane olur, onların ünsiyyət qurmaq və qərar qəbulu imkanlarını məhdudlaşdırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıŞəkil çəkdirməyi sevənlər üçün yeni platforma istifadəyə verilir
"Instagram" şirkəti şəkil mübadiləsi üçün nəzərdə tutulan yeni "Instants" tətbiqinin sınaqlarına başlayıb.
Maraqlıİnfarkt və diabet riskini necə azaltmaq olar?
Daxili orqanları əhatə edən və bütün orqanizmə mənfi təsir göstərən viseral piylənmə sağlamlıq üçün ən ciddi təhdidlərdən biridir. Rusiyalı endokrinoloq İrina Lenkova artıq çəkidən vaxtında qurtulmağın vacibliyi barədə danışıb.
MaraqlıStresdən sonra niyə şirin yemək istəyirik?
Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) alimləri stresli bir hadisədən sonra orqanizmə şəkər daxil olmasının uzunmüddətli yaddaşın formalaşmasında mühüm rol oynadığını müəyyən ediblər.
MaraqlıQıcıqlandırıcı səslər şirniyyat istəyini artırır?
Qıcıqlandırıcı səslər və məcburən dinlənilən musiqi stresi aradan qaldırmağın sürətli üsulu kimi şirniyyata olan meyili artıra bilər.