
Şəkil çəkdirməyi sevənlər üçün yeni platforma istifadəyə verilir
"Instagram" şirkəti şəkil mübadiləsi üçün nəzərdə tutulan yeni "Instants" tətbiqinin sınaqlarına başlayıb.
"Instagram" şirkəti şəkil mübadiləsi üçün nəzərdə tutulan yeni "Instants" tətbiqinin sınaqlarına başlayıb.
Gundem.today xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb. Bildirilib ki, hazırda İtaliya və İspaniyada istifadəçilər üçün əlçatan olan bu xidmət vasitəsilə 24 saat ərzində mövcud olan və yalnız bir dəfə baxıla bilən fotolar göndərmək mümkündür.
Proqram ani və sürətli paylaşımlara yönəlib: istifadəçilər qalereyadan şəkil yükləmək və ya redaktə etmək imkanı olmadan yalnız bir toxunuşla foto çəkirlər. Sadəcə mətn əlavə etməyə icazə verilir və bütün kadrlar yalnız daxili kamera vasitəsilə yaradılır. Şirkətdən bildirirlər ki, "Instants" redaktə edilmiş məzmunla dolu əsas "Instagram"dan fərqli olaraq, daha təbii və sərbəst ünsiyyət vasitəsi kimi düşünülüb.
Yeni xidmət yoxa çıxan məzmuna və orijinallığa üstünlük verən "BeReal", "Locket" və "Snapchat" kimi platformalardan ilhamlanıb. Əvvəllər "Instants" birbaşa "Instagram" daxilində funksiya kimi test edilirdi, lakin indi "Android" və "iOS" sistemlərində müstəqil proqram kimi təqdim olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıGənclərin tez-tez iş yerlərini dəyişmələrinin səbəbi açıqlandı - Mütəxəssis rəyi
"Gənc mütəxəssislər tez-tez yaşlı həmkarlarının pis davranışları səbəbindən iş yerlərini tərk edirlər".
Maraqlıİnfarkt və diabet riskini necə azaltmaq olar?
Daxili orqanları əhatə edən və bütün orqanizmə mənfi təsir göstərən viseral piylənmə sağlamlıq üçün ən ciddi təhdidlərdən biridir. Rusiyalı endokrinoloq İrina Lenkova artıq çəkidən vaxtında qurtulmağın vacibliyi barədə danışıb.
MaraqlıStresdən sonra niyə şirin yemək istəyirik?
Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) alimləri stresli bir hadisədən sonra orqanizmə şəkər daxil olmasının uzunmüddətli yaddaşın formalaşmasında mühüm rol oynadığını müəyyən ediblər.
MaraqlıQıcıqlandırıcı səslər şirniyyat istəyini artırır?
Qıcıqlandırıcı səslər və məcburən dinlənilən musiqi stresi aradan qaldırmağın sürətli üsulu kimi şirniyyata olan meyili artıra bilər.