Son dəqiqə
Azyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEOLeyla Əliyeva qızı Əminəni təbrik etdi - FOTOZelenski Putinlə görüşə hazırdır - ABŞ, Yaxın Şərq, yoxsa Avropada?İran XİN: "ABŞ Yaxın Şərqdə müharibə və sülh arasında seçim etməlidir"MOK-un vitse-prezidenti: "Bəzən federasiyalarda baş verənlərdən xəbərsiz oluruq"Bakıda adam öldürməyə cəhd edən şəxsə ağır cəza verildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Goodyear" Azərbaycanda güclənir – "Radius"da nələr açıqlandı?
"Goodyear" Azərbaycanda güclənir – "Radius"da nələr açıqlandı?
Digər

"Goodyear" Azərbaycanda güclənir – "Radius"da nələr açıqlandı?

Bu gün
11:00
0 baxış
Paylaş:

"Goodyear" brendi uzun fasilədən sonra Azərbaycan bazarında mövqeyini gücləndirməyə hazırlaşır.

"Goodyear" brendi uzun fasilədən sonra Azərbaycan bazarında mövqeyini gücləndirməyə hazırlaşır.

Bu barədə "Radius" şirkətinin baş ofisində keçirilən infosessiyada məlumat verilib.

Jurnalistlər, bloqerlər, avtomobil ekspertləri və şirkət əməkdaşlarının qatıldığı tədbirdə "Goodyear" təmsilçiləri brendin məhsulları, texnologiyaları və qlobal fəaliyyəti barədə təqdimat ediblər.

Bildirilib ki, şirkət dünyanın 19 ölkəsində 49 istehsal müəssisəsi ilə fəaliyyət göstərir və sürücülərə premium səviyyəli şinlər təqdim edir. "Goodyear" modern texnologiyalarını ABŞ və Lüksemburqda yerləşən innovasiya mərkəzlərində hazırlayır.

Qeyd olunub ki, "Eagle F1" və "Eagle Sport" seriyaları yüksək performansı və etibarlılığı ilə seçilir. "Eagle F1 Asymmetric 6" modeli son testlərdə yüksək nəticələr göstərib. "Vector AllSeason" və "EfficientGrip" şinləri brendin geniş istifadə olunan modelləridir.

Şirkət nümayəndələrinin sözlərinə görə, elektrik avtomobillərinin artması fonunda şinlərin böyük hissəsi artıq elektrik avtomobillərinə uyğun istehsal edilir.

Vurğulanıb ki, elektrikli nəqliyyat vasitəsi daxiliyanma mühərrikli nəqliyyat vasitəsinə nisbətən, enerjinin daha çox hissəsini faydalı hərəkətə çevirir və bu da diyirlənmə müqavimətinin təsirini artırır, onu ümumi nəqliyyat vasitəsinin səmərəliliyində daha əhəmiyyətli amil halına gətirir.

"Şin texnologiyasının inkişafı istiqamətində öhdəliyimiz fəaliyyət göstərdiyimiz bütün bazarlarda davam edir. Bunun ən son nümunələrindən biri sizin regionun qış şəraitinə uyğun olaraq hazırlanmış "Winter Command" seriyasıdır. Bu yeniliklər müxtəlif iqlim, yol şəraiti və sürücülük tələblərinə uyğun şinlərin hazırlanmasına verdiyimiz önəmin göstəricisidir", - deyə "Goodyear" təmsilçisi bildirib.

Qeyd edilib ki, "Radius" ilə əməkdaşlıq çərçivəsində sürücülərin və korporativ müştərilərin keyfiyyətli məhsul və xidmətlərə çıxışı daha da genişlənəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)

Oxşar Xəbərlər

Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlarDigər

Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlar

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndə heyəti Belarus memarlıq və tikinti naziri Aleksandr Studnevlə görüşüb. Görüş zamanı nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkə rəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığa güclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq Belarus Respublikası İnşaatçılar İttifaqı ilə ATİA arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum memarlıq

Bu gün
13:100
"İrşad" 2025-ci ildə də ən çox vergi ödəyənlər arasındaDigər

"İrşad" 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında

"İrşad" 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında yer alaraq "Top100" vergi ödəyicisi siyahısına daxil olub. Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf və iqtisadi aktivlik trendini davam etdirdiyini bir daha təsdiqləyib. 2025-ci ildə "İrşad" tərəfindən ödənilən vergi məbləği 10.6 milyon manat təşkil edib.

Bu gün
11:140
"PAŞA Holding" və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilibDigər

"PAŞA Holding" və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib

Aprelin 2-də "PAŞA Holding" və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib.

Bu gün
11:180
"AL Market"lərdə avtomobil qazandıran lotereyaDigər

"AL Market"lərdə avtomobil qazandıran lotereya

"AL Market"lər şəbəkəsində "Siyəzən Dadlı Toyuq Al Qazan!" adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib. Kampaniya çərçivəsində alıcılar həm gündəlik alış-verişlərini edə, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.

Bu gün
16:421