Son dəqiqə
Qırğızıstanın keçmiş xarici işlər nazirinə ittiham irəli sürüldüÜstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEOYamal Mbappenin rekordunu qırdıBakıda məşhur kafe SÖKÜLƏCƏK - VİDEOAzərbaycan cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıbXəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Siyasət

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür

Bu gün
00:08
0 baxış
Paylaş:

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Gundem.today xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqa" (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Zərifə_Əliyeva#Heydər_Əliyev

Oxşar Xəbərlər

Litvanın baş naziri: "Azərbaycan Avropaya enerji təchizatında çox böyük rol oynaya bilər" - VİDEOSiyasət

Litvanın baş naziri: "Azərbaycan Avropaya enerji təchizatında çox böyük rol oynaya bilər" - VİDEO

"Azərbaycan Şərq regionunda aparıcı rol oynaya bilər və görürük ki, hazırda geosiyasi vəziyyət dəyişir və çox dinamikdir".

Bu gün
00:300
ABŞ və İran razılığa gələ biləcəklər? - Danışıqların növbəti raundundan hansı gözləntilər var? - VİDEOSiyasət

ABŞ və İran razılığa gələ biləcəklər? - Danışıqların növbəti raundundan hansı gözləntilər var? - VİDEO

ABŞ və İran arasında birbaşa danışıqların növbəti raundunun yaxın günlərdə keçirilməsi gözlənilir.

Bu gün
00:240
Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdırSiyasət

Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif sahələr üzrə genişmiqyaslı və sistemli islahatlar həyata keçirilir. Bu islahatlar ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, idarəetmədə daha çevik və səmərəli mexanizmlərin formalaşdırılmasına, həmçinin vətəndaş məmnunluğunun artırılmasıa xidmət edir. Xüsusilə sosial sahədə atılan addımlar əhalinin rifahının yüksəldilməsinə yönəlib. Bütün bu islahatların əsas məqsədi dövlət xidmətlərini daha keyfiyyətli səv

Bu gün
23:540
Müşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"Siyasət

Müşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"

"TƏBİB-in yeni icraçı direktorunun təyinatını ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların məntiqi davamı kimi qiymətləndirirəm. Bu addım idarəetmədə çevikliyin artırılması və mövcud potensialın daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir".

Bu gün
22:420