Son dəqiqə
Azərbaycanda qadın keçmiş sevgilisindən və ailəsindən qəribə şəkildə qisas aldıMessinin klubu baş məşqçisiz qaldıLitvanın baş naziri: "Azərbaycan Avropaya enerji təchizatında çox böyük rol oynaya bilər" - VİDEOABŞ və İran razılığa gələ biləcəklər? - Danışıqların növbəti raundundan hansı gözləntilər var? - VİDEOSerbiya İsraillə birgə hərbi dron istehsal edəcəkGörkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır
Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır
Siyasət

Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır

Bu gün
23:54
0 baxış
Paylaş:

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif sahələr üzrə genişmiqyaslı və sistemli islahatlar həyata keçirilir. Bu islahatlar ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, idarəetmədə daha çevik və səmərəli mexanizmlərin formalaşdırılmasına, həmçinin vətəndaş məmnunluğunun artırılmasıa xidmət edir. Xüsusilə sosial sahədə atılan addımlar əhalinin rifahının yüksəldilməsinə yönəlib. Bütün bu islahatların əsas məqsədi dövlət xidmətlərini daha keyfiyyətli səv

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif sahələr üzrə genişmiqyaslı və sistemli islahatlar həyata keçirilir. Bu islahatlar ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, idarəetmədə daha çevik və səmərəli mexanizmlərin formalaşdırılmasına, həmçinin vətəndaş məmnunluğunun artırılmasıa xidmət edir. Xüsusilə sosial sahədə atılan addımlar əhalinin rifahının yüksəldilməsinə yönəlib. Bütün bu islahatların əsas məqsədi dövlət xidmətlərini daha keyfiyyətli səviyyəyə çatdırmaqdır. Aparılan islahatların ardıcıllığı və sistemliliyi Azərbaycanın davamlı inkişaf modelinin formalaşdığını göstərir. Nəticədə bu dəyişikliklər ölkənin həm daxili sabitliyini möhkəmləndirir, həm də beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Səhiyyə sahəsində də atılan addımlar bu qəbildəndir.

Öncəliklə qeyd etmək lazımdır ki, son illər səhiyyə sahəsi ilə bağlı verilən qərarlar Azərbaycanın bu sektorda yeni mərhələyə qədəm qoyduğunun təzahürüdür.

Bu mərhələ yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır. Həmçinin idarəetmə fəlsəfəsi yenilənir, xidmət keyfiyyəti yüksəlir və vətəndaş məmnunluğu artır. Qeyd olunan sahədə yeni islahat dalğası səhiyyə və sosial müdafiə sistemləri arasında daha sıx və səmərəli koordinasiyanın qurulmasını hədəfləyir.

Yeni mərhələdə diqqət çəkən mühüm məqamlardan biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rolunun əhəmiyyətli dərəcədə genişləndirilməsidir. Artıq TƏBİB yalnız səhiyyə müəssisələrini idarə edən qurum kimi deyil, həm də tibbi xidmətlərin təşkili və icrasında əsas aktor kimi çıxış edəcək.

Dövlətin prioritet elan etdiyi sahələrdən olan səhiyyə sistemində əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun artırılması üçün atılan addımlar, aparılan islahatlar davamlı xarakter daşıyır.

Prezident İlham Əliyevin "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" bu ilin martın 19-da imzaladığı Fərman isə yeni islahat mərhələsinə keçid üçün baza rolunu oynayır, sistemin idarəetmə istiqamətinin yenilənməsindən xəbər verir. Fərmanda icbari tibbi sığorta sistemində funksiyaların yenidən bölüşdürülməsi, sosial müdafiə və səhiyyə institutları arasında inteqrasiyanın gücləndirilməsi və TƏBİB-in rolunun genişləndirilməsi nəzərdə tutulur.

Bu dəyişikliklər Azərbaycan səhiyyəsində bir neçə məsələni gündəmə gətirir. Yeni modelin idarəetmə baxımından dəyişəcəyi amillər, bu dəyişikliklərin iqtisadi və sosial təsiri və islahatların real nəticəsinin asılı olduğu şərtlər əsas müzakirə istiqamətləri kimi səciyyələnə bilər.

İnstitusional baxımdan TƏBİB-in gücləndirilməsi daha müasir, dayanıqlı və çevik idarəetmə modelinə keçidin əsasını təşkil edir. Bu isə qurumun səhiyyə sistemində yaranan yeni çağırışlara daha operativ uyğunlaşmasını təmin edir. Artan məsuliyyət fonunda TƏBİB-in fəaliyyətində nəticəyönümlülük, vətəndaşyönümlülük və keyfiyyət meyarları daha da ön plana çıxır.

Məhz islahatların əsas mərhələsi kimi Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilməsini qiymətləndirmək olar. Bu gün isə məhz onun sədrliyi ilə keçirilən Şuranın iclasında Anar Bayramov qurumun yeni icraçı direktoru təyin edildi.

İslahatların əsas istiqamətlərindən biri icbari tibbi sığorta sisteminin daha təkmil maliyyələşdirmə mexanizmi əsasında yenidən qurulmasıdır. Bu model çərçivəsində tibbi sığorta fondunun vəsaitlərinin idarə olunması daha mərkəzləşdirilmiş və şəffaf şəkildə həyata keçiriləcək. Nəticədə maliyyə intizamı güclənəcək, vəsaitlərin istifadəsində səmərəlilik artacaq və səhiyyə xərclərinin optimallaşdırılması mümkün olacaq. Bu yanaşma uzunmüddətli perspektivdə sistemin maliyyə dayanıqlılığını təmin edən əsas amillərdən biri kimi çıxış edir.

Nəticə etibarilə, həyata keçirilən islahatlar səhiyyə sisteminin daha çevik, şəffaf və səmərəli fəaliyyət göstərməsinə hesablanıb. Bu dəyişikliklər yalnız idarəetmə strukturunu yeniləməklə kifayətlənmir, həm də vətəndaşların gündəlik həyatında real hiss olunan keyfiyyət dəyişikliklərinə gətirib çıxarmağı hədəfləyir. Əsas məqsəd isə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun maksimum səviyyəyə çatdırılmasıdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Tibbi_Ərazi_Bölmələrini_İdarəetmə_Birliyi_(TƏBİB)#Anar_Bayramov

Oxşar Xəbərlər

Litvanın baş naziri: "Azərbaycan Avropaya enerji təchizatında çox böyük rol oynaya bilər" - VİDEOSiyasət

Litvanın baş naziri: "Azərbaycan Avropaya enerji təchizatında çox böyük rol oynaya bilər" - VİDEO

"Azərbaycan Şərq regionunda aparıcı rol oynaya bilər və görürük ki, hazırda geosiyasi vəziyyət dəyişir və çox dinamikdir".

Bu gün
00:300
ABŞ və İran razılığa gələ biləcəklər? - Danışıqların növbəti raundundan hansı gözləntilər var? - VİDEOSiyasət

ABŞ və İran razılığa gələ biləcəklər? - Danışıqların növbəti raundundan hansı gözləntilər var? - VİDEO

ABŞ və İran arasında birbaşa danışıqların növbəti raundunun yaxın günlərdə keçirilməsi gözlənilir.

Bu gün
00:240
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdürSiyasət

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Bu gün
00:080
Müşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"Siyasət

Müşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"

"TƏBİB-in yeni icraçı direktorunun təyinatını ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların məntiqi davamı kimi qiymətləndirirəm. Bu addım idarəetmədə çevikliyin artırılması və mövcud potensialın daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir".

Bu gün
22:420