Son dəqiqə
Deputat: "Qərbə yönəlməsi Ermənistanı geosiyasi qarşıdurma meydanına çevirir"Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti işə başlayıbHərbi xidmətə yollanan diplomatlara üçaylıq məvacib həcmində müavinət veriləcəkİndoneziyada dəhşətli qəza: Azı 16 nəfər öldü - FOTO - VİDEO"Bitcoin" sürətlə bahalaşırSürücülərin bal limiti artırıla bilər? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Göyçay musiqi məktəbi ilə bağlı iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"
Göyçay musiqi məktəbi ilə bağlı iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"
Cəmiyyət

Göyçay musiqi məktəbi ilə bağlı iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"

Bu gün
17:40
0 baxış
Paylaş:

Göyçay rayonunda Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı müxtəlif iddialar səsləndirilib.

Göyçay rayonunda Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı müxtəlif iddialar səsləndirilib.

Bu barədə Gundem.today-a şikayət daxil olub.

İddia edilib ki, Göyçay Uşaq Musiqi Məktəbində keçirilən attestasiyadan sonra müəllimlər arasında dərs saatlarının bölgüsü qeyri-bərabər aparılıb. Belə ki, bəzi müəllimlərə həftəlik 12, digərlərinə isə 30 saat dərs yükü verilib.

Şikayətdə diqqət çəkən məqamlardan biri Bakıda yaşayan və həftədə cəmi bir neçə gün rayonda olan fortepiano müəllimi Aygün Əliyevaya yüksək dərs saatı ayrılması ilə bağlıdır. İddia olunur ki, monitorinqlər aparılsa da, dərslərin üst-üstə düşməsi və digər uyğunsuzluqlar aradan qaldırılmır.

Bundan əlavə, regional idarədə rəhbər vəzifəsini müvəqqəti icra edən Namiq Tarverdiyevin fəaliyyəti ilə bağlı da tənqidlər səsləndirilib. Şikayətçilər onun idarəetmədə nöqsanlara yol verdiyini və edilən müraciətlərə baxmayaraq, məsələyə reaksiya verilmədiyini bildiriblər.

Digər bir iddiaya görə, attestasiyada üzrlü səbəb olmadan iştirak etməyən bəzi müəllimlər - Zərifə Hüseynova, Elnarə Hüseynova və Samirə Əhmədova hələ də işlərini davam etdirir və əməkhaqqı alırlar. Bu halın attestasiyadan keçə bilməyən digər müəllimlərin hüquqlarının pozulması kimi qiymətləndirildiyi vurğulanıb.

Gundem.today-ın sorğusuna cavab olaraq Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbindən bildirilib ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin 04.12.2025-ci il tarixli müvafiq əmrinə əsasən, idarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində səmərəliliyin artırılması, əmək və icra intizamına nəzarətin gücləndirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi, eləcə də təhsilalanların davamiyyət və bilik səviyyəsinin yoxlanılması məqsədilə yaradılmış monitorinq komissiyası tərəfindən 3, 6, 7, 8 və 16 aprel 2026-cı il tarixlərində məktəbdə monitorinqlər aparılıb.

"Aparılmış yoxlamalar zamanı müraciətdə qeyd edilən məsələlərlə yanaşı, məktəbin ümumi fəaliyyəti də hərtərəfli təhlil olunub.

Monitorinq nəticəsində əmək və icra intizamını pozduğu müəyyən edilən müəllimlər - Rəhman Elşad oğlu Yediyarov, Məleykə Ata qızı İbrahimova, Nərmin Niman qızı Məmmədova, Natavan Süleyman qızı Süleymanova, Aysel Ağakərim qızı Məmmədzadə və Həqiqət Məcid qızı Mahmudova barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq intizam tənbehi kimi töhmət elan edilib.

Eyni zamanda, Elnarə İkram qızı Hüseynova, Asim Seymur oğlu Məmmədov, Səadət Seyran qızı Kərimova, Nəzrin Akif qızı Adıgözəlova, Aybəniz Heydər qızı İslamova və Məzahir İslam oğlu Abbasova yazılı xəbərdarlıq verilib.

Monitorinqin nəticələrinə əsasən, dərsə davamiyyəti zəif olan 10 şagird qanunvericiliyin tələbləri gözlənilməklə məktəbdən xaric edilib.

Bununla yanaşı, müraciətdə adları qeyd edilən Zərifə Hüseynova, Elnarə Hüseynova və Samirə Əhmədova attestasiya imtahanında üzrsüz səbəbdən iştirak etmədiklərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət alıblar. Zərifə Hüseynova isə 4 may 2026-cı il tarixindən etibarən məktəbin Nəzəriyyə şöbə müdiri vəzifəsindən kənarlaşdırılıb.

Həmçinin məktəbdə keçirilən pedaqoji şura iclasında yolverilməz ifadələrə yol verdiyinə görə violin ixtisası üzrə müəllim Aygün Cahangir qızı Mahmudovaya məktəbin 4 may 2026-cı il tarixli 70 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edirik ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi haqqında Əsasnaməyə uyğun olaraq, tabeliyində olan müəssisələrdə mütəmadi monitorinqlər keçirilir, fəaliyyət qiymətləndirilir və aşkar edilən nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülür", - deyə məlumatda bildirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Göyçay_rayonu#Göyçay#Mərkəzi_Aran_Regional_Mədəniyyət_İdarəsi

Oxşar Xəbərlər

Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti işə başlayıbCəmiyyət

Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti işə başlayıb

Bu gün Almaniyanın Leypziq şəhərində Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammiti işə başlayıb.

Bu gün
18:120
Sürücülərin bal limiti artırıla bilər? - VİDEOCəmiyyət

Sürücülərin bal limiti artırıla bilər? - VİDEO

Təxminən iki il əvvəl "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklərlə cərimə məbləğləri artırıldı.

Bu gün
17:520
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 06.05.2026Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 06.05.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
17:500
Göyçay musiqi məktəbi ilə bağlı səsləndirilən iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"Cəmiyyət

Göyçay musiqi məktəbi ilə bağlı səsləndirilən iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"

Göyçay rayonunda Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı müxtəlif iddialar səsləndirilib.

Bu gün
17:400