Son dəqiqə
Sürücülərin bal limiti artırıla bilər? - VİDEOPaytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 06.05.2026Tramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"ABŞ-İran danışıqları: Tehran prinsipial mövqeyindən geri çəkilir?Göyçay musiqi məktəbi ilə bağlı səsləndirilən iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"Göyçay musiqi məktəbi ilə bağlı iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Sürücülərin bal limiti artırıla bilər? - VİDEO
Sürücülərin bal limiti artırıla bilər? - VİDEO
Cəmiyyət

Sürücülərin bal limiti artırıla bilər? - VİDEO

Bu gün
17:52
0 baxış
Paylaş:

Təxminən iki il əvvəl "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklərlə cərimə məbləğləri artırıldı.

Təxminən iki il əvvəl "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklərlə cərimə məbləğləri artırıldı.

Həmçinin, bəzi qayda pozuntularına görə cərimə balları da tətbiq olunur və onların sayı çoxaldılıb.

Hazırda yolun ikinci hərəkət zolağında və ya piyada səkisində avtomobil saxlayan, ya da avtobus zolağına daxil olan sürücü həm də cərimə balı ilə cəzalandırılır. Bu isə sürücülərin qısa zamanda 20 bal limitinə çatmasına səbəb olur.

Baku TV mövzu ilə əlaqədar sürücülər arasında sorğu keçirib. Onlar bəzi qayda pozuntularına görə cərimə balının tətbiqini düzgün hesab etmədiklərini bildiriblər.

"Cərimə balı ləğv edilsə, yaxşıdır. Onsuz da cərimələnmək sürücülərə maddi ziyan vurur, dayanma-durma cərimə balı veriləsi qayda pozuntusu deyil", - deyə sürücülər söyləyiblər.

Nəqliyyat eksperti Elməddin Muradlı da məsələ ilə bağlı açıqlamasında bildirib ki, bəzi qayda pozuntuları üçün cərimə balını ləğv etmək, yaxud azaltmaq lazımdır:

"Bir çox sürücülər qaydanı məcburiyyətdən pozurlar. Taksi sürücülərinə yazığım gəlir. Əksəriyyətinin 17-19 balı var. Taleyin ümidinə maşın sürürlər ki, bu gün, yaxud sabah onların da sürücülük vəsiqəsi əlindən gedəcək. Bəzi qayda pozuntularında cəriməni saxlamaqla balı ləğv etmək, ya da azaltmaq olar".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Yol_hərəkəti_qaydaları#Sürücülük_vəsiqəsi#Baku_TV#Sürücülərin_nəzərinə

Oxşar Xəbərlər

Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 06.05.2026Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 06.05.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
17:500
Göyçay musiqi məktəbi ilə bağlı səsləndirilən iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"Cəmiyyət

Göyçay musiqi məktəbi ilə bağlı səsləndirilən iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"

Göyçay rayonunda Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı müxtəlif iddialar səsləndirilib.

Bu gün
17:400
Göyçay musiqi məktəbi ilə bağlı iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"Cəmiyyət

Göyçay musiqi məktəbi ilə bağlı iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"

Göyçay rayonunda Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı müxtəlif iddialar səsləndirilib.

Bu gün
17:400
Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏRCəmiyyət

Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində baş verən partlayışda ölən həkim Asif Nəsirov dəfn edilib.

Bu gün
17:220