
Güclü sel Siyəzəndə körpünü uçurdu - VİDEO
Siyəzən rayonunda güclü sel fəsadlara səbəb olub və yol infrastrukturu ciddi zərər dəyib.
Siyəzən rayonunda güclü sel fəsadlara səbəb olub və yol infrastrukturu ciddi zərər dəyib.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında Siyəzən-Məşrif avtomobil yolunda yerləşən, Gilgilçay üzərindəki körpü uçub. Körpünün uçması nəticəsində ərazidən keçən qaz və rabitə xətləri də sıradan çıxıb. Bu səbəbdən bölgəyə təbii qazın verilişi məhdudlaşdırılıb, rabitə əlaqəsində fasilə yaranıb. Hazırda rayon mərkəzinə getmək üçün Şabran rayonu ərazisindən keçən alternativ yoldan istifadə olunur
Hadisə yerinə rayon Fövqəladə hallar komissiyasının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəKivi yükü aparan nəqliyyat vasitəsində külli miqdarda narkotik aşkar edilib - FOTO - VİDEO
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
HadisəBakının mərkəzində minik avtomobili YANDI - VİDEO
Bakının Nəsimi rayonu ərazisində minik avtomobilində yanğın hadisəsi baş verib.
HadisəSumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı
Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.
HadisəMəktəbli qız dəm qazından zəhərləndi
Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib.