Güclü yağışlarla əlaqədar ADSEA hansı işlər görür? - FOTO - VİDEO
Cəmiyyət

Güclü yağışlarla əlaqədar ADSEA hansı işlər görür? - FOTO - VİDEO

İndi
12:11
0 baxış
Paylaş:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Gundem.today xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

İri şəhərlərin xidməti ərazisində yağış sularının idarə olunmasına operativ qərargah tərəfindən nəzarət edilir:

"955" Çağrı Mərkəzinə, elektron və sosial şəbəkə hesablarına, ictimaiyyətlə əlaqə telefonlarına daxil olan məlumatlar, o cümlədən həssas ərazilərdəki vəziyyətə dair informasiya operativ qərargah vasitəsilə Coğrafi İdarəetmə Sistemləri (CİS) üzərindən idarə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda Bakı və Abşeron yarımadasına yağan intensiv xarakterli yağıntının miqdarı 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 faizini ( təxminən (dörd dəfədən çox) təşkil edir.

Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texnikalar da cəlb olunub. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə işləri intensiv şəkildə davam etdirilir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#yağış_suları#ADSEA#İri_Şəhərlərin_Birləşmiş_Su_Təchizatı_Xidməti#sukanal_idarələri#Bakıda_güclü_yağış#Abşeronda_intensiv_yağış#aylıq_norma#955_Çağrı_Mərkəzi#su_ehtiyatları_agentliyi#yağışın_fəsadları.

Oxşar Xəbərlər