
Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb? - RƏSMİ AÇIQLAMA
Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaradıb.
Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaradıb.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib.
Açıqlamada qeyd olunub ki, buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcə də elektrik yarımstansiyalarına, paylayıcı qurğulara (PQ), transformator məntəqələrinə (TM) dolmasıdır:
"Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində, 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
İntensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının qəza yaranan ərazilərdən təmizlənməməsi "Azərişıq" ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq, "Azərişıq" ASC-nin əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışırlar.
Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Qısa zaman ərzində sözügedən ərazilərdə elektrik enerjisi tam bərpa ediləcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanın çaylarındakı son vəziyyət AÇIQLANDI
Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.
CəmiyyətSabah da intensiv yağış yağacaq: Subasma halları istisna edilmir - 29.03.2026
Azərbaycanda martın 29-na gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətSabunçudan ŞİKAYƏT: "Üç ay əvvəl təzə kanalizasiya xətti çəkirdilər, işi yarımçıq qoydular" - VİDEO
Martın 27-si səhər saatlarından yağan intensiv yağışlar səbəbi ilə paytaxtın bir sıra küçə və prospektlərində yollar keçilməz vəziyyətə düşüb.
CəmiyyətYağışlı hava ilə əlaqədar polislər küçə və prospektlərdə xidmətə cəlb olunublar - FOTO - VİDEO
Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.