Yağışlı hava ilə əlaqədar polislər küçə və prospektlərdə xidmətə cəlb olunublar - FOTO - VİDEO
Cəmiyyət

Yağışlı hava ilə əlaqədar polislər küçə və prospektlərdə xidmətə cəlb olunublar - FOTO - VİDEO

İndi
12:40
1 baxış
Paylaş:

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar:

"Nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post Patrul Xidməti və digər aidiyyəti əməkdaşlar tərəfindən tənzimlənir, sürücülər və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur.

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində DİN əməkdaşlarının koordinasiyalı fəaliyyəti davam etdirilir", - məlumatda bildirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#polis#yağışlı_hava#DİN#daxili_işlər_nazirliyi#gücləndirilmiş_iş_rejimi#yol_patrul_xidməti#təhlükəsizlik_tədbirləri#bakı#sumqayıt#yollarda_vəziyyət

Oxşar Xəbərlər