
KİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatları bərpa oluna bilər
ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə müşavirə keçirib. Görüşdə Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi və İranla danışıqlar müzakirə olunub.
ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş əldə olunmasa, "yaxın günlərdə müharibə yenidən başlaya bilər".
Müşavirədə vitse-prezident Cey. Di. Vens, hərb naziri Pit Heqset, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ağ Ev aparatının rəhbəri Syuzan Uayls, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn iştirak edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ-nin minatəmizləmə cəhdlərini atəşkəsin pozulması hesab edir
"Tehran ABŞ-nin İranın akvatoriyasını minalardan təmizləmə cəhdlərini atəşkəsin pozulması kimi qiymətləndirir".
DünyaKİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatlar bərpa oluna bilər
ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
DünyaKiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilib
Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.
DünyaGürcüstanda 181 min dollarlıq qarətin üstü açılıb, iki nəfər saxlanılıb
Gürcüstanın paytaxtı Tbilisidə iki nəfər soyğunçuluqda ittiham olunaraq saxlanılıb, daha bir nəfər barəsində qiyabi ittiham irəli sürülüb.