Son dəqiqə
Klinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDIBill və Melinda Qeyts Fondunun Epşteynlə əlaqələri yoxlanılacaqİlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblərPeter Madyarın streteji planları açıqlandıAğsuda iki yük maşını toqquşdu - Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRiYaxın Şərq gərginliyi Britaniyanı da vurdu - Ölkədə inflyasiya sürətlə artır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün
11:18
0 baxış
Paylaş:

Həftəsonu 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Həftəsonu 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4 171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, aprelin 26-da Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#buraxılış_imtahanı#9_illik_buraxılış_imtahanı#dim#dövlət_imtahan_mərkəzi#9-cu_sinif#təhsil_xəbərləri#imtahan_binaları#aprel_imtahanları#şagirdlər

Oxşar Xəbərlər

Klinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDICəmiyyət

Klinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI

Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

Bu gün
13:180
UNEC-in professoru vəfat edib - FOTOCəmiyyət

UNEC-in professoru vəfat edib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Musa Alməmmədov vəfat edib.

Bu gün
12:400
Sabah hava necə olacaq? - 23.04.2026Cəmiyyət

Sabah hava necə olacaq? - 23.04.2026

Azərbaycanda aprelin 23-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bu gün
12:300
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - ÖZƏLCəmiyyət

"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - ÖZƏL

"Yeni Klinika"nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad edilib.

Bu gün
12:150