Son dəqiqə
Mirça Luçeskunun ölüm səbəbi açıqlandıİran ABŞ-nin iki şərtini qəbul etmədi: Vens Tehrana son təklifini verdiBakı bulvarında çiçəklər yararsız hala salındı - VİDEOİstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanılıbFHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibHaitidə ekskursiya zamanı izdihamda onlarla insan ölüb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər
Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər
Cəmiyyət

Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər

Bu gün
08:31
0 baxış
Paylaş:

Parkinson xəstəliyi adətən əllərdə titrəmə, hərəkətlərin ləngiməsi, müvazinətin itməsi və yeriməyin çətinləşməsi kimi əsas simptomlarla tanınır. Bununla belə, bu xəstəliyin çox vaxt diqqətdən yayınan spesifik əlamətləri də mövcuddur. Həmin göstəricilərdən biri xəstənin yatarkən başını yataqdan aralı saxlaması ilə özünü göstərən "hava yastığı" sindromudur.

Parkinson xəstəliyi adətən əllərdə titrəmə, hərəkətlərin ləngiməsi, müvazinətin itməsi və yeriməyin çətinləşməsi kimi əsas simptomlarla tanınır. Bununla belə, bu xəstəliyin çox vaxt diqqətdən yayınan spesifik əlamətləri də mövcuddur. Həmin göstəricilərdən biri xəstənin yatarkən başını yataqdan aralı saxlaması ilə özünü göstərən "hava yastığı" sindromudur.

Gundem.today xəbər verir ki, bu barədə Piroqov adına Universitetin Nevrologiya kafedrasının dosenti, həkim-nevroloq İnna Filatova "Gazeta.Ru" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, sözügedən xəstəlik beyində "alfa-sinuklein" adlı zülalın anormal şəkildə yığılması nəticəsində inkişaf edir. Bu patoloji proses sinir hüceyrələrinin zədələnməsinə səbəb olur və tədricən bütün sinir sistemini əhatə edir. Nəticədə dopamin ifraz edən neyronların yavaş-yavaş məhvi baş verir.

Həkim qeyd edib ki, xəstəliyin gedişində yalnız dopamin deyil, eyni zamanda oreksin, asetilxolin, norepinefrin və serotonin kimi vacib neyrotransmitterlərin çatışmazlığı da müşahidə olunur. Bu defisit hərəkət məhdudiyyətləri ilə yanaşı, vegetativ, psixoloji və yuxu pozuntularına da zəmin yaradır.

Vaxt keçdikcə beyində baş verən dəyişikliklər insanın öz bədəni üzərində nəzarəti itirməsi ilə nəticələnir. İlkin mərhələdə xəstələr dəqiq motorika tələb edən işləri yerinə yetirməkdə çətinlik çəkirlər, dopamin səviyyəsi azaldıqca isə əlamətlər daha da kəskinləşir.

İ.Filatova əlavə edib ki, parkinsonizm həm də zəif və monotondanışıq tərzi, hərəkətsizlik, eləcə də üz mimikalarının itməsi ilə xarakterizə olunur. Pasiyentlərin gözləri çox vaxt bir nöqtəyə zillənmiş vəziyyətdə olur, göz qırpma sayı isə kəskin şəkildə azalır. İnsanın qaməti önə doğru əyilir, qollar isə dirsəkdən bükülü vəziyyətdə bədənə yaxın qalır.

Bəzi hallarda xəstələr çarpayıda uzanarkən başlarını yastıqdan aralı, havada saxlayırlar. Bu hal tibb elmində "hava yastığı" əlaməti adlandırılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sağlamlıq#xəstəlik

Oxşar Xəbərlər

Bakı bulvarında çiçəklər yararsız hala salındı - VİDEOCəmiyyət

Bakı bulvarında çiçəklər yararsız hala salındı - VİDEO

Bakı bulvarı ərazisində yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb.

Bu gün
10:320
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibCəmiyyət

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu gün
10:120
Azərbaycanda 52 mindən çox şagird buraxılış imtahanı verəcəkCəmiyyət

Azərbaycanda 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Bu gün
09:080
Xəzər dənizində YENİDƏN zəlzələ olduCəmiyyət

Xəzər dənizində YENİDƏN zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu gün
02:060