Son dəqiqə
FTB direktorunun "içki qalmaqalı": Qurum araşdırmalara başlayıb?Hörmüz böhranı enerji bazarında yeni qiymət dalğası yaratdı - VİDEOPSJ Çempionlar Liqasının finalına yüksəldi - VİDEOAvropa İttifaqı yenidən formalaşdılır? - Almaniya islahat üçün altı bəndlik plan təqdim etdiAvropa İttifaqı yenidən formalaşdırılır? - Almaniya altı bəndlik islahat planını təqdim etdiBeyrutda gərginlik: "Hizbullah" hərbi rəhbərinin ölümünü təsdiqlədi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Heydər Əliyev Kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
"Heydər Əliyev Kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
İdman

"Heydər Əliyev Kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq

Bu gün
23:54
0 baxış
Paylaş:

Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.

Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.

Gundem.today xəbər verir ki, həlledici görüşdə 44 kq, 46 kq, 50 kq, 52 kq, 57 kq və 80 kq-da təmsilçilərimiz bir-biri ilə üz-üzə gələcəklər.

12 boksçumuz isə artıq bürünc medalı rəsmiləşdirib. Rəvan Həşimov (44 kq), Yusif Hüseynov (46 kq), Nizami Əliyev (48), Rəsul Babazadə, Sahib Baxışlı (hər ikisi 50 kq), Mirtahir Əhmədli (52 kq), Elcan Musazadə (54 kq), Aydın Əliyev, Tunar Mehdiyev (hər ikisi 60 kq), Yusif Məmmədli (66 kq), Hidayət Məmmədov (70 kq) və Mehran Rəsulov (+80 kq) turniri 3-cü pillədə başa vurublar.

Bakı Boks Mərkəzində keçirilən yarışın final görüşləri mayın 7-də, saat 13:00-da start götürəcək.

Qeyd edək ki, bu gün başa çatan qız boksçuların mübarizəsində Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 10 bürünc medal qazanıb.

Oğlanlar

1/2 final

Nihad Məmmədli (Azərbaycan) - Rati Xarbadya (Gürcüstan) - 4:1 (29:28, 30:27, 30:27, 29:28, 28:29)

Vaqif Məhəmmədli (Azərbaycan) - Rəsul Babazadə (Azərbaycan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)

Sahib Baxışlı (Azərbaycan) - Rüstəm Nəsibov (Azərbaycan) - ikinci qalib gəlib

Qardaş Rəhimov (Azərbaycan) - Alixan Satibayev (Qazaxıstan) - 4:1 (26:30, 28*:28, 29:27, 28*:28, 28*:28)

İsmayıl Nəsirzadə (Azərbaycan) - Mirtahir Əhmədli (Azərbaycan) - 5:0 (30:25, 30:25, 30:24, 29:27, 30:25)

Alixan Askarov (Qazaxıstan) - Məhəmmədəli İstamov (Azərbaycan) - 1:4 (27:30, 27:30, 27:30, 29:28, 27:30)

Əli Camalzadə (Azərbaycan) - Dosjan Tanksik (Qazaxıstan) - 3:2 (27:30, 28:29, 30:27, 30:27, 29:28)

Əli Abaslı (Azərbaycan) - Aydın Əliyev (Azərbaycan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)

Vəkil Qurbanov (Azərbaycan) - Caxongirjon Usmankulov (Özbəkistan) - 4:1 (30:27, 30:27, 30:27, 27:30, 30:27)

Yusif Ağakişiyev (Azərbaycan) - Alişer Kurbankojauli (Qazaxıstan) - 4:1 (28:29, 29:28, 30:27, 30:26, 30:27)

Şükar Əliyev (Azərbaycan) - Lazare Dokvadze (Gürcüstan) - birinci qalib gəlib

Temurbek Xolmurodov (Özbəkistan) - Saleh Fərəcov (Azərbaycan) - ikinci üçüncü raundda tam üstünlüklə qalib gəlib.

Bakıda "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.

Gundem.today xəbər verir ki, səkkiz ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb.

İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.

Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.

Beləliklə, üç qızıl, dörd gümüş və 10 bürünc medal qazanan Azərbaycan millisi qız boksçuların yarışında komanda hesabında 1-ci yeri tutub. İkinci yeri Gürcüstan (3-1-1), üçüncü pilləni neytral idmançılardan ibarət komanda (AİN, 1-2-1) tutub.

Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komandanın qatıldığı yarışda oğlanların mübarizəsinə sabah yekun vurulacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Azərbaycan_boksçuları#Azərbaycan_Boks_Federasiyası

Oxşar Xəbərlər

PSJ Çempionlar Liqasının finalına yüksəldi - VİDEOİdman

PSJ Çempionlar Liqasının finalına yüksəldi - VİDEO

UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" ilə PSJ üz-üzə gəlib.

Bu gün
01:080
"Bavariya" - PSJ matçının yayımçısı dəyişdi: Oyun hansı kanaldadır?İdman

"Bavariya" - PSJ matçının yayımçısı dəyişdi: Oyun hansı kanaldadır?

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Bavariya" - PSJ qarşılaşmasının yayımçısı dəyişib.

Bu gün
23:380
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri mükafatlandırılıbİdman

"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri mükafatlandırılıb

"Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb.

Bu gün
22:420
Mourinyo "Real Madrid"ə qayıdır?İdman

Mourinyo "Real Madrid"ə qayıdır?

Madridin "Real" klubunun prezidenti Florentino Peres hazırda Portuqaliyanın "Benfika" komandasına rəhbərlik edən Joze Mourinyo ilə mütəxəssisin kluba mümkün qayıdışını müzakirə edib.

Bu gün
21:240