
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO
Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
Gundem.today xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə baş tutan silsilə tədbirlərdə ulu öndərin həyat və fəaliyyəti, ölkəmiz üçün göstərdiyi fədakarlıqlar, respublikamızın yenidən və müasir formada qurulması və inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söz açılıb, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə verdiyi töhfələrdən danışılıb.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Həştərxan şəhərində keçirilmiş tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Arzu Nağıyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev iştirak ediblər.
Mayın 7-də Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə ulu öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş məktəbin direktoru T.Tixomirova nümayəndə heyətinə məktəbin artıq 15 ildir ulu öndərin adını daşıdığını bildirərək təhsil ocağı haqqında ətraflı məlumat verib, nümayəndə heyətini ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən stendlə və Azərbaycan guşəsi ilə tanış edib.
Səfər çərçivəsində nümayəndə heyəti və Həştərxan vilayətinin xarici işlər naziri Vladimir Qolovkov ilə Həştərxan vilayətində inşa edilmiş Azərbaycan İş Mərkəzində "Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının" (AMOR) Həştərxan bölməsinin və Azərbaycan diasporunun üzvləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı qələbədən və əldə etdiyi bugünkü nailiyyətlərdən, ölkəmizin regional qovşağa çevrilməsindən danışılıb. Qeyd edilib ki, müasir Azərbaycanımızın bütün uğurlarının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Məhz ulu öndərin müəyyən etdiyi siyasi yol Azərbaycanı nicata aparmaqla yanaşı, günü-gündən inkişaf etdirir. Ona görə də bundan sonra da daimi olaraq dövlətimizin və ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli ideologiyamız üçün çalışmağın vacibliyi vurğulanıb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan yurdumuzun sürətli şəkildə bərpa olunduğu, soydaşlarımızın öz yurdlarına geri döndüyü və Qarabağda həyatın yenidən canlandığı qeyd edilib. Tədbirdə vurğulanıb ki, Heydər Əliyev Fondu tərəfindən bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxsaylı layihələr həyata keçirilib. Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirib, "Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının" (AMOR) üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıblar.
Mayın 8-də nümayəndə heyətinin Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyev ilə görüşü keçirilib. Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, mövcud olan əməkdaşlığın inkişaf perspektivlərindən söz açılıb. Ölkələrimiz arasında olan münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini, iqtisadi əlaqələr və həyata keçirilən çoxsaylı layihələrin müsbət nəticələr verdiyini vurğulayan D.Afanasyev layihələrin artırılması üçün hər iki ölkənin böyük potensialının olduğunu bildirib. Həmçinin ölkələrimiz arasında çoxsaylı sosial layihələrin həyata keçirildiyi, belə layihələrdən birinin də Qubadlı rayonunun Mahruzlu kəndində Həştərxan tərəfindən hədiyyə olaraq inşa edilən və yaxın zamanlarda inşası tamamlanmaq üzrə olan uşaq bağçasının olduğu vurğulanıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz növbəsində səmimi qəbula görə Həştərxan vilayəti Hökumətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi daim böyük hörmət və sevgi ilə anılır. Nümayəndə heyətinin tərkibində yer alan Milli Məclisin deputatı Arzu Nağıyev də ulu öndər Heydər Əliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.
Həmin gün Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporunun nümayəndələri Həştərxan şəhərində ulu öndərin adını daşıyan xiyabana gələrək onun abidəsini ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra nümayəndə heyəti ümummilli lider Heydər Əliyev adına xiyabanda ulu öndərin xatirəsinə ağacəkmə aksiyasında i
Oxşar Xəbərlər
SiyasətParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransanın Afrikadakı uğursuzluğu fonunda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı apardığı siyasət barədə müzakirə aparılıb.
Siyasət"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə
Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.
SiyasətBMT-dən Fransaya XƏBƏRDARLIQ
BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.
Siyasətİqtisadi Şuranın iclası keçirilib: Fuad Nağıyevin təqdimatı dinlənilib - FOTO
8 may tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər, inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi, turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.