Son dəqiqə
Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilibNazilə Salmanova instituta direktor təyin edildiAQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi - FOTO - VİDEOKinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDUABŞ-nin Kuba ilə bağlı planı bəlli olduPaytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 08.05.2026
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. BMT-dən Fransaya XƏBƏRDARLIQ
BMT-dən Fransaya XƏBƏRDARLIQ
Siyasət

BMT-dən Fransaya XƏBƏRDARLIQ

Bu gün
17:16
0 baxış
Paylaş:

BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.

BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.

Gundem.today xəbər verir ki, sənəddə Fransa hakimiyyətinin kanak xalqının hüquqları və siyasi iradəsi ilə bağlı fəaliyyəti ciddi tənqid olunub.

Komitə bildirib ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf şəkildə həyata keçirilməlidir.

Bəyanatda qeyd olunub ki, 12 dekabr 2021-ci ildə Fransanın Kanakidə keçirdiyi üçüncü "öz müqəddəratını təyinetmə referendumu" kanak xalqının milli matəm dövrünə təsadüf edib. Buna baxmayaraq, referendumun təxirə salınması ilə bağlı yerli əhalinin legitim çağırışları Fransa hakimiyyəti tərəfindən nəzərə alınmayıb.

Sənəddə vurğulanıb ki, kanak xalqını təmsil edən Kanaki Adət-Ənənə Senatı və səkkiz bölgənin adət şuraları məsələ ilə bağlı dəfələrlə rəsmi müraciətlər etsələr də, onların mövqeyi görməzlikdən gəlinib.

Komitə hesab edir ki, referendumdan sonra Fransa "siyasi islahat" adı altında kanak xalqının hüquq və maraqlarına zidd prosesləri birtərəfli qaydada həyata keçirib. Bildirilib ki, yerli əhali öz gələcəyi ilə bağlı qərarvermə prosesindən kənarda saxlanılıb, ənənəvi idarəetmə institutlarının nüfuzdan salınmasına yönəlmiş siyasət aparılıb.

Bəyanatda qeyd edilib ki, Fransa Numea Sazişi ilə müəyyən olunmuş siyasi çərçivəni birtərəfli qaydada dəyişməyə cəhd göstərib və bununla da öz müqəddəratını təyinetmə prosesinə təhlükə yaradıb.

Komitə, həmçinin seçki korpusunun genişləndirilməsini nəzərdə tutan qanun layihəsinin kanak xalqının razılığı olmadan hazırlanmasından narahatlığını ifadə edib. Qeyd olunub ki, seçki sisteminə bu cür müdaxilə kanak xalqının gələcəyini sərbəst müəyyənləşdirmə hüququna və dekolonizasiya prosesinə ciddi zərər vurur.

Sənəddə 2024-cü ilin may ayında baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq güc tətbiqi, o cümlədən ölümcül zorakılıq halları ilə bağlı iddiaların beynəlxalq insan hüquqları çərçivəsində araşdırılmasının vacibliyi vurğulanıb.

Bundan əlavə, bildirilib ki, 2025-ci ildə Fransanın Bujival şəhərində Kanakinin gələcəyinə dair qapalı formatda aparılmış danışıqlar nəticəsində yeni siyasi razılaşma hazırlanıb. Lakin bu prosesdə kanak xalqını təmsil edən institutların iştirakı təmin edilməyib.

Komitə sənəddə kanak xalqının hələ də struktur xarakterli irqi ayrı-seçkiliyə məruz qaldığını qeyd edib. Bildirilib ki, bu vəziyyət onların siyasi, iqtisadi, sosial və mədəni hüquqlardan tam və bərabər şəkildə istifadə etməsinə ciddi maneələr yaradır.

Bu səbəbdən Fransa hökumətinə kanak xalqının siyasi proseslərdə bərabər və səmərəli iştirakını təmin etmək, fundamental hüquqlarını qorumaq, zorakılıqla bağlı iddiaları müstəqil və şəffaf şəkildə araşdırmaq, həmçinin BMT-nin tövsiyələrini tam və ardıcıl icra etmək çağırışı olunub.

Qeyd edək ki, 2024-cü ildə Bakı Təşəbbüs Qrupu tərəfindən Fransanın müstəmləkəçilik siyasəti və kanak xalqının hüquqlarının pozulması ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim edilmiş alternativ hesabatda qaldırılan məsələlər də komitənin hazırkı bəyanatında öz əksini tapıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Fransa#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)#Bakı_Təşəbbüs_Qrupu_(BTQ)#Kanaki

Oxşar Xəbərlər

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTOSiyasət

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO

Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.

Bu gün
17:390
İqtisadi Şuranın iclası keçirilib: Fuad Nağıyevin təqdimatı dinlənilib - FOTOSiyasət

İqtisadi Şuranın iclası keçirilib: Fuad Nağıyevin təqdimatı dinlənilib - FOTO

8 may tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər, inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi, turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Bu gün
17:100
SOCAR-da Heydər Əliyevin 103 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTOSiyasət

SOCAR-da Heydər Əliyevin 103 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO

8 may 2026-cı il tarixində müasir müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib.

Bu gün
16:470
Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİSiyasət

Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİ

Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu gün
16:270