
Hikmət Hacıyev: "Avropa Parlamentinin qətnaməsi diplomatik rüsvayçılıqdır"
"Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini diplomatik rüsvayçılıq adlandırmaq olar".
"Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini diplomatik rüsvayçılıq adlandırmaq olar".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
O, Avropa Parlamenti tərəfindən belə bir siyasətin yürüdülməsinin təəssüf doğurdunu bildirib.
"Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur. Avropa Parlamentinin bu tip məsələlərə münasibət bildirməyə mandatı da yoxdur".
Onun fikrincə, bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl yaratmaqdır:
"Azərbaycanla Ermənistan arasında sülhün formalaşması istiqamətində iqtisadi addımların atıldığı bir dövrdə, Azərbaycanın baş nazirinin müavininin Ermənistana səfər etməsindən bir gün sonra belə bir qərarın olması ancaq diplomatik rüsvayçılıqdır".
H.Hacıyev deyib ki, onların bu addımlarını pozuculuq, provokasiya və regionu yenidən müharibəyə sürükləmək addımı kimi qiymətləndirmək olar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPA-nın şöbə müdiri: "İşğal dövründə aparılan tikinti işləri qeyri-qanunidir"
"Beynəlxalq hüquqa görə, işğal dövründə işğal olunan ərazilərdə aparılan tikinti işləri qeyri-qanunidir".
SiyasətRəsmi Bakının səbir kasası daşdı: Avropa Parlamenti ilə əlaqələrə son qoyulmasının səbəbləri - FOTO
"Milli Məclis tərəfindən Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması səbəbsiz deyil. Bu, rəsmi Bakıya qarşı uzun illərdir davam edən qərəzli siyasətin məntiqi nəticəsidir".
SiyasətAzərbaycan və İran xarici işlər nazirləri regional vəziyyəti müzakirə etdilər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
SiyasətPrezidentin köməkçisi: "İtkin düşən 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana müraciət etmişik"
"Birinci Qarabağ Müharibəsi dövründən itkin düşən 4 000-ə yaxın Azərbaycan vətəndaşı ilə bağlı məsələ indiyə qədər açıq qalıb".