
Hikmət Hacıyev: "Azərbaycan ərazisinin 12-13 faizi minalarla çirklənib"
"Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır".
"Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələri qarşısında çıxış edərkən bildirib.
"Bunlar (minalar - red.) bu ərazilərdə torpağın altına yerləşdirilmiş gizli təhlükədir. Gördüyünüz kimi, buranın gözəl təbiəti var, lakin, təəssüf ki, mina təhlükəsi səbəbindən bir sıra rayonlara çıxışımız yoxdur", - o deyib və qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı dövründə bu ərazilərdə 1.5 milyondan çox mina basdırılıb.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan ərazisinin, demək olar ki, 12-13%-i minalarla çirklənib.
"Hər il (minatəmizləməyə - red.) əhəmiyyətli maliyyə resursları ayrılır, lakin bu iş böyük insan cəsarəti tələb edir. Başqa yol yoxdur - əraziyə yalnız mütəxəssislər çıxır və addım-addım minatəmizləmə işlərini həyata keçirirlər", - o qeyd edib.
Prezidentin köməkçisi xatırladıb ki, 2020-ci ildən bəri mina partlayışları nəticəsində həlak olan və yaralananların sayı artmaqda davam edir:
"Bu günə olan vəziyyətə görə, 450-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətMehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışından video paylaşıb.
SiyasətDiplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasını ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.
SiyasətMina terroru davam edir: Ermənistan məsuliyyətini dərk etməlidir - ŞƏRH
Azərbaycan-Ermənistan arasında müharibə bitsə də, ölkəmiz hələ də mina terrorundan əziyyət çəkir. Xüsusilə qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir. Qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokola əsasən, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırm
SiyasətHikmət Hacıyev: "Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi dünyanın heç bir yerində yoxdur"
"Diplomatik korpusun, beynəlxalq ictimaiyyətin fikri ondan ibarətdir ki, Azərbaycanın çox unikal bir bərpa-quruculuq modeli var və dünyanın heç bir bölgəsində belə təcrübə yoxdur".