
Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"
"Azərbaycan Ermənistanın QHT nümayəndələrini Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin həllində daha fəal iştirak etməyə çağırır".
"Azərbaycan Ermənistanın QHT nümayəndələrini Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin həllində daha fəal iştirak etməyə çağırır".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxışı zamanı bildirib.
"Bu günə qədər Azərbaycanın təxminən 4 min vətəndaşının taleyi barədə məlumat yoxdur. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ilə son əlaqələrimiz zamanı mən, həmçinin QHT-ləri və vətəndaş institutlarını bu səylərə qoşulmağa çağırdım ki, ailələri artıq 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən insanların talelərinə aydınlıq gətirilsin", - o deyib.
O qeyd edib ki, buna baxmayaraq, Azərbaycan regionda sülhü təmin etməyə, onu möhkəmləndirməyə və davamlı sülhə nail olmağa davam edəcək.
"Biz regionun bütün ölkələri ilə sülh münasibətlərinin qurulması prinsipindən çıxış edərək, həm Ermənistanla ikitərəfli səviyyədə, həm də digər qonşularla işləyərək regional məsuliyyətə, əməkdaşlığa və qarşılıqlı fəaliyyətə sadiqliyimizi təsdiq edəcəyik", - o deyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətMehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışından video paylaşıb.
SiyasətDiplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasını ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.
SiyasətMina terroru davam edir: Ermənistan məsuliyyətini dərk etməlidir - ŞƏRH
Azərbaycan-Ermənistan arasında müharibə bitsə də, ölkəmiz hələ də mina terrorundan əziyyət çəkir. Xüsusilə qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir. Qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokola əsasən, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırm
SiyasətHikmət Hacıyev: "Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi dünyanın heç bir yerində yoxdur"
"Diplomatik korpusun, beynəlxalq ictimaiyyətin fikri ondan ibarətdir ki, Azərbaycanın çox unikal bir bərpa-quruculuq modeli var və dünyanın heç bir bölgəsində belə təcrübə yoxdur".