Son dəqiqə
Hörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?Nyu-Yorkun sabiq memarı törətdiyi silsilə qətlləri etiraf etdiQlobal xaos fonunda Azərbaycan modeli - 44 günlük Zəfərin düsturuMəhşur reper qalmaqallı ittihamdan sonra azadlığa çıxa bilərmi?Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədiYüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Hondurasın sabiq prezidenti bəraət aldı - Tramp əfv etmişdi
Hondurasın sabiq prezidenti bəraət aldı - Tramp əfv etmişdi
Dünya

Hondurasın sabiq prezidenti bəraət aldı - Tramp əfv etmişdi

Bu gün
17:36
0 baxış
Paylaş:

ABŞ-nin Apelyasiya Məhkəməsi Hondurasın sabiq prezidenti Xuan Orlando Ernandes haqqında çıxarılmış hökmü və ona qarşı irəli sürülmüş ittihamları ləğv edib.

ABŞ-nin Apelyasiya Məhkəməsi Hondurasın sabiq prezidenti Xuan Orlando Ernandes haqqında çıxarılmış hökmü və ona qarşı irəli sürülmüş ittihamları ləğv edib.

Gundem.today xəbər verir ki, sabiq dövlət başçısı bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib:

"Həqiqət hər zaman qələbə qazanır və aydın olur".

Xatırladaq ki, 2024-cü ilin martında ABŞ-nin Manhetten Federal Rayon Məhkəməsinin münsiflər heyəti Xuan Orlando Ernandesi ABŞ ərazisinə kokain gətirmək istəyənlərlə əlbir olmaqda, həmçinin narkotik maddələrin bura idxalı planında silah istifadə etmək və gəzdirməkdə təqsirli bilmişdi. Qeyd olunan cinayətlərə görə ona 45 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Keçən ilin noyabrında isə ABŞ prezidenti Donald Tramp sabiq prezidentin olduqca qəddar və qeyri-ədalətli münasibətə məruz qaldığını bildirərək Ernandesi əfv etmişdi.

Xuan Orlando Ernandes 27 yanvar 2014-cü ildən 27 yanvar 2022-ci ilədək ardıcıl olaraq iki dəfə Hondurasın prezidenti postunu tutub. Dövlət başçısı seçilməzdən öncə isə o, dörd il ərzində Honduras Milli Konqresinə rəhbərlik edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#Narkotik_vasitələrin_qanunsuz_dövriyyəsi

Oxşar Xəbərlər

Hörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?Dünya

Hörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?

Vaşinqton və Tehran arasında atəşkəs əldə olunmasına rəğmən, Hörmüz boğazı neft tranziti üçün hələ də faktiki bağlı vəziyyətdədir.

Bu gün
18:200
Nyu-Yorkun sabiq memarı törətdiyi silsilə qətlləri etiraf etdiDünya

Nyu-Yorkun sabiq memarı törətdiyi silsilə qətlləri etiraf etdi

Nyu-York ştatının keçmiş memarı Reks Hoyermann səkkiz qadının qətlində günahını etiraf edib.

Bu gün
18:240
Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədiDünya

Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədi

Qazaxıstan Senatının bugünkü plenar iclasında Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl enerjinin istehsalı və nəqli üzrə strateji tərəfdaşlığına dair saziş ratifikasiya edilib.

Bu gün
18:000
ABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzində qəza siqnalı verdi və yoxa çıxdıDünya

ABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzində qəza siqnalı verdi və yoxa çıxdı

ABŞ-nin "Northrop Grumman MQ-4C Triton" PUA-sı Hörmüz boğazı, Fars körfəzi üzərində kəşfiyyat aparıb və anidən qəza siqnalı verərək radarlardan itib.

Bu gün
17:540