Son dəqiqə
Türkiyədə müğənni Yusuf Güney narkotik təbliğinə görə saxlanıldıSadettin Saran "Dortmund"la əlaqələrini işə saldı: 35 milyon avroluq qol silahı - FOTO"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdıABŞ-də məxfi məlumatları jurnalistə ötürən hərbçi tutulduMəşhur alman aktyor Mario Adorf 95 yaşında vəfat etdiHörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Hörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?
Hörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?
Dünya

Hörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?

Bu gün
18:20
0 baxış
Paylaş:

Vaşinqton və Tehran arasında atəşkəs əldə olunmasına rəğmən, Hörmüz boğazı neft tranziti üçün hələ də faktiki bağlı vəziyyətdədir.

Vaşinqton və Tehran arasında atəşkəs əldə olunmasına rəğmən, Hörmüz boğazı neft tranziti üçün hələ də faktiki bağlı vəziyyətdədir.

Gundem.today xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət neft şirkəti olan ADNOC-un baş direktoru Sultan bin Əhməd əl-Cabir məlumat verib.

"Boğazdan müəyyən şərtlər altında hərəkət etmək tam keçid sayılmır. Bu, fərqli formada olsa da, məhdudiyyətlərin davam etməsidir. Hörmüz hər hansı qeyd-şərt və məhdudiyyət tətbiq olunmadan, bütövlükdə açılmalıdır", - deyə şirkət rəhbəri özünün "LinkedIn" hesabında qeyd edib.

O, həmçinin vurğulayıb ki, hazırda şirkətə məxsus neftlə dolu 230-a yaxın tanker hərəkətə tam hazırdır. Dəniz daşımaları normal axarına qayıtdıqdan sonra ADNOC əsas diqqətini infrastrukturun yenidən qurulmasına və hasilat həcminin çoxaldılmasına yönəltməyi planlaşdırır.

Xatırladaq ki, 2026-cı il aprelin 8-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı irəli sürdüyü ultimatumun başa çatmasına saatlar qalmış rəsmi Vaşinqtonun iki həftə müddətinə atəşkəsi qəbul etdiyini açıqlayıb.

Ağ Ev rəhbəri "Truth Social" şəbəkəsində bildirib ki, bu qərar Pakistan hökumətinin xahişi və İranın Hörmüz boğazını bütövlükdə açması şərti müqabilində verilib. Trampın sözlərinə görə, Birləşmiş Ştatlara İrandan on bəndlik tələb daxil olub. Onun fikrincə, həmin şərtlər gələcək sülh müqaviləsi üçün baza rolunu oynaya bilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Birləşmiş_Ərəb_Əmirlikləri_(BƏƏ)#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#Ağ_Ev

Oxşar Xəbərlər

ABŞ-də məxfi məlumatları jurnalistə ötürən hərbçi tutulduDünya

ABŞ-də məxfi məlumatları jurnalistə ötürən hərbçi tutuldu

ABŞ-nin sabiq hərbi qulluqçusu "Delta Force" xüsusi təyinatlı dəstəsi barədə gizli məlumatları media nümayəndəsinə verməkdə şübhəli bilinərək saxlanılıb.

Bu gün
18:300
Nyu-Yorkun sabiq memarı törətdiyi silsilə qətlləri etiraf etdiDünya

Nyu-Yorkun sabiq memarı törətdiyi silsilə qətlləri etiraf etdi

Nyu-York ştatının keçmiş memarı Reks Hoyermann səkkiz qadının qətlində günahını etiraf edib.

Bu gün
18:241
Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədiDünya

Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədi

Qazaxıstan Senatının bugünkü plenar iclasında Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl enerjinin istehsalı və nəqli üzrə strateji tərəfdaşlığına dair saziş ratifikasiya edilib.

Bu gün
18:000
ABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzində qəza siqnalı verdi və yoxa çıxdıDünya

ABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzində qəza siqnalı verdi və yoxa çıxdı

ABŞ-nin "Northrop Grumman MQ-4C Triton" PUA-sı Hörmüz boğazı, Fars körfəzi üzərində kəşfiyyat aparıb və anidən qəza siqnalı verərək radarlardan itib.

Bu gün
17:541