
Məhşur reper qalmaqallı ittihamdan sonra azadlığa çıxa bilərmi?
Fahişəlik məqsədilə insan daşımaqda təqsirli bilinərək dörd ildən artıq azadlıqdan məhrum edilən ABŞ-li reper P.Diddinin (əsl adı Şon Kombs) hüquq müdafiəçiləri cümə axşamı Nyu-York və digər ştatların işlərini icra edən İkinci ABŞ Dairə Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.
Fahişəlik məqsədilə insan daşımaqda təqsirli bilinərək dörd ildən artıq azadlıqdan məhrum edilən ABŞ-li reper P.Diddinin (əsl adı Şon Kombs) hüquq müdafiəçiləri cümə axşamı Nyu-York və digər ştatların işlərini icra edən İkinci ABŞ Dairə Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.
Gundem.today xəbər verir ki, bu ibarədə ABC telekanalı məlumat yayımlayıb.
Məlumata əsasən, musiqiçinin vəkilləri andlılar məhkəməsinin bir sıra ciddi ittihamlar üzrə bəraət qərarı verdiyini xatırladaraq, təyin olunan cəzanın həddindən artıq ağır olduğunu düşünürlər. Müdafiə tərəfi qadınların fahişəlik məqsədilə daşınması ittihamını şənliklərdə "adi həvəskar pornoqrafiya istehsalı" kimi izah etməyə çalışır. Məhkəmə prosesində P.Diddinin özünün də ifadə verəcəyi ehtimal olunur.
2025-ci ilin oktyabrında Nyu-York məhkəməsi sənətçini fahişəlik məqsədilə insan alverində günahkar bilərək ona dörd ildən çox həbs cəzası kəsmişdi. Prokurorlar 11 ildən artıq, musiqiçinin vəkilləri isə 14 aylıq azadlıqdan məhrumetmə cəzası tələb edirdilər. Həmin ilin iyulunda isə andlılar məhkəməsi reperi ömürlük həbslə nəticələnə biləcək daha ağır ittihamlar - şantaj və insan alveri üzrə təqsirsiz bilmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesTürkiyədə müğənni Yusuf Güney narkotik təbliğinə görə saxlanıldı
Türkiyəli müğənni Yusuf Güney narkotik tərkibli olduğu bildirilən "Ayahuaska çayı" ilə bağlı açıqlamalarına görə saxlanılıb.
Şou-biznesSaxlanılmasına qərar verilən məşhur türk aktrisa danışdı: "Həqiqətin alternativi yoxdur" - FOTO
Türkiyədə İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik ittihamı üzrə istintaq çərçivəsində barəsində saxlanılma qərarı çıxarılmış - geniş izləyici kütləsinə malik "Uzak şehir" serialının "Alya"sı, sevilən aktrisa Sinem Ünsal açıqlama verib.
Şou-biznesTürkiyədə barəsində saxlanılma qərarı çıxan məşhur aşpaz Somer Sivrioğlu: "Biletimi aldım" - FOTO
İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan antinarkotik əməliyyatları çərçivəsində barəsində saxlanılma qərarı verilmiş Türkiyənin məşhur aşpazı və "MasterChef" proqramının münsifi Somer Sivrioğlu bununla bağlı açıqlama verib.
Şou-biznesTürkiyəli məşhur müğənni Yusuf Güney saxlanıldı
Məşhur türkiyəli müğənni Yusuf Güney saxlanılıb.