Son dəqiqə
Erməni kəşfiyyatçı saxlanıldıÖlkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıbPremyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edibİçərişəhərin Qala divarlarının bərpa-gücləndirmə işləri aparılacaqAlmaniya kansleri: "İran amerikalıları alçaldır"Çexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Horovluda torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ - QAYDALAR AÇIQLANDI
Horovluda torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ - QAYDALAR AÇIQLANDI
Cəmiyyət

Horovluda torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ - QAYDALAR AÇIQLANDI

Bu gün
18:24
0 baxış
Paylaş:

Aprelin 27-dən başlayaraq Cəbrayıl rayonunun Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır.

Aprelin 27-dən başlayaraq Cəbrayıl rayonunun Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır.

Gundem.today xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Horovlu kəndində yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi mayın 27-si günün sonunadək davam edəcək.

Horovlu üzrə aqrar təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən ərazilərdir. Bu kənddə birillik və çoxillik bitkilərdən - alma, armud, xurma, şaftalı, nektarin, ərik, nar, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı, soya, yonca, xaşa, kartof və şəkər çuğunduru əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Horovlu kəndinə köçən sakinlər aşağıdakı ardıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq);

- Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" - "Horovlu" seçməklə ərizə formasını doldurmaq;

- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Horovlu kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Horovlu_kəndi#Cəbrayıl_rayonu#torpaq_icarəsi#əkin_sahələri#kənd_təsərrüfatı#EKTİS#eagro.az#güzəştli_icarə#fermerlər_üçün_torpaq#işğaldan_azad_edilmiş_ərazilər#aqrar_sahə

Oxşar Xəbərlər

Elxan Mikayılova vəzifə verildiCəmiyyət

Elxan Mikayılova vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sabiq aparat rəhbəri Elxan Mikayılova yeni vəzifə verilib.

Bu gün
19:120
Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNATCəmiyyət

Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT

Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir Nəcibə Nəsibova tutduğu vəzifədən ayrılıb.

Bu gün
19:000
Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqCəmiyyət

Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu gün
18:420
Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildiCəmiyyət

Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildi

WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib.

Bu gün
18:370