Son dəqiqə
İran Hörmüzdən hansı gəmilərin və necə keçə biləcəyini AÇIQLADIPremyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la oyunda vacib qələbə qazandıHikmət Hacıyev: "Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır"Aİ Bakı və İrəvan arasındakı sülh prosesinə daha çox cəlb olunmağa can atırBu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolubQurban Qurbanov Elvin Cəfərquliyevi də əsas komandadan uzaqlaşdırdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İkinci dəfə 300 bal toplayan şagird uğurunun SİRRİNİ AÇIQLADI
İkinci dəfə 300 bal toplayan şagird uğurunun SİRRİNİ AÇIQLADI
Cəmiyyət

İkinci dəfə 300 bal toplayan şagird uğurunun SİRRİNİ AÇIQLADI

Bu gün
17:58
0 baxış
Paylaş:

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O, 300 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O, 300 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.

Aydın Həsənli əldə etdiyi uğurla bağlı təəssüratlarını Gundem.today-la bölüşüb.

A.Həsənli bildirib ki, maksimum nəticəni gözləsə də, tam əmin olmayıb:

"300 bal olmasa da, 297-298 civarında nəticə gözləyirdim. Amma çox şükür ki, 300 bal oldu. 9-cu sinifdə də 300 bal toplamışdım. Bu sevinci ikinci dəfə yaşayıram. Xəbəri eşidəndə ailə üzvlərim yanımda idi, sevincimizini özünüz təsəvvür edin".

A.Həsənli hazırlıq prosesindən də danışaraq bildirib ki, uğurun arxasında həm sistemli zəhmət, həm də düzgün hədəf dayanır:

"Təxminən gündə iki saat hazırlıqda olurdum. Üstəlik, əlavə olaraq özüm də çalışırdım, inkişaf üçün mətnlər yazırdım. Uşaqdan uşağa fərq edir - təkbaşına hazırlaşıb yüksək nəticə göstərənlər də var, hazırlığa gedənlər də. Amma əsas məsələ yüksək hədəf qoymaqdır".

O, gələcək planlarına da toxunub:

"Kompüter elmləri ixtisasını seçmək istəyirəm. Qəbul üçün xüsusi hazırlaşmamışam. Çünki respublika səviyyəli yarışlarda nəticələrim və medallarım var".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Buraxılış_imtahanları#Dövlət_İmtahan_Mərkəzi_(DİM)

Oxşar Xəbərlər

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolubCəmiyyət

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub

"Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub".

Bu gün
18:480
Sakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" - VİDEOCəmiyyət

Sakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən Zərdabın Burunlu kənd sakinləri bildirirlər ki, yeni əsaslı təmir edilərək istifadəyə verilən Regional Su Meliorasiya Xidmətinin Zərdab Suvarma Sistemləri İdarəsinin Burunlu nasos stansiyasının fəaliyyəti bir neçə aydır ki, dayanıb.

Bu gün
18:360
Yaşayış binasında təlimə gedən FHN işçiləri hovuza yaxınlaşa bilmədilər - FOTO - VİDEOCəmiyyət

Yaşayış binasında təlimə gedən FHN işçiləri hovuza yaxınlaşa bilmədilər - FOTO - VİDEO

Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 12 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında təlim keçirilib.

Bu gün
18:300
Beyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı, müəssisə bağlandı - FOTOCəmiyyət

Beyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı, müəssisə bağlandı - FOTO

Beyləqan rayonunun Dünyamalılar kəndində fəaliyyət göstərən, Təhməzov Qaryağdı Əsəd oğluna məxsus süd qəbulu məntəqəsində yoxlama keçirilib.

Bu gün
18:140