
İlham Əliyev Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edildi.
Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.
Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxundu.
Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu dedi.
Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda dövlətimizin başçısı qeyd etdi ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.
Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunuldu, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulandı. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirildi. Ötən gün İrəvanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirildi.
Görüşdə vurğulandı ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.
Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edildi, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olundu.
Dövlətimizin başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətRusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"
"Müharibədən sonrakı mərhələdə Azərbaycan Ermənistanla münasibətlərdə ikitərəfli formatı üstün tutur".
SiyasətMeloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEO
Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.
Siyasətİrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...
Cənubi Qafqaz regionundakı geosiyasi dəyişikliklər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Sözsüz ki, bu dəyişikliklərin kökündə uzun illər müharibə və qeyri-sabitlikdən əziyyət çəkən regionumuzda Azərbaycanın yaratdığı yeni reallıqlar və ölkəmizin öndərliyində formalaşdırılan sülh şəraiti dayanır. Bu gün Türkiyə və Azərbaycan əl-ələ verib regionun gələcəyinə yön verir və bu prosesdə hətta uzun illər torpaqlarımızı işğal altında saxlayan, bir çox müharibə cinayətlərinə imza atan və nəhayət 4
SiyasətMehriban Əliyeva 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıb
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videgörüntülər paylaşıb.