
İlham Əliyev: "Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır" - VİDEO
"Nəzərdən keçirmək razılığına gəldiyimiz sahə birbaşa uçuşlardır. Bu, xüsusən də müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər".
"Nəzərdən keçirmək razılığına gəldiyimiz sahə birbaşa uçuşlardır. Bu, xüsusən də müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər".
Gundem.today xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı bildirib ki, hazırda aviasiya sahəsində müşahidə olunan çətinliklər fonunda Azərbaycanın bu istiqamətdəki sabitliyi və imkanları yeni əməkdaşlıq fürsətləri yaradır.
Prezident İlham Əliyev iki ölkə arasında insanlararası təmasların və təhsil sahəsindəki əlaqələrin vacibliyini də qeyd edib:
"Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur".
Çıxışının sonunda Azərbaycan lideri Latviyanın inkişafını yüksək qiymətləndirərək həmkarını təbrik edib: "Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLatviya prezidenti: "Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı"
"Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı".
SiyasətPrezident: "Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir" - VİDEO
"Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə ink
SiyasətEdqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır"
"Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir".
SiyasətEdqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır" - VİDEO
"Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir".